Gundelik.az Xəbərlər İqtisadiyyat “Lerik” Elektrik Stansiyasında indiyədək nə qədər elektrik enerjisi istehsal edilib?  
İqtisadiyyat Xəbərlər

“Lerik” Elektrik Stansiyasında indiyədək nə qədər elektrik enerjisi istehsal edilib?  

“Lerik” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək 207,5 milyon kVt/saat elektrik enerjisi istehsalı edilib.

Bu barədə Gundelik.az Energetika Nazirliyinə istinadən xəbər verir.

2018-ci il oktyabrın 15-də Lerikin Cəngimeran kəndində ümumi qoyuluş gücü 16,5 MVt olan modul tipli “Lerik” Elektrik Stansiyası istismara verilib. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20,5 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 min kVt/saat və ya 0,1% artım deməkdir.

Gundelik.az 

Exit mobile version