Bu ilin birinci rübündə Latviyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 10,426 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 9 milyon ABŞ dolları və ya 7,3 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Latviyadan yatırılan investisiyaların payı 0,7% təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin ilk rübündə Latviyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,418 milyon ABŞ dollarına bərabər olub.
Gundelik.az


