Gundelik.az Ölkə Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi
Ölkə Xəbərlər

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundelik.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Gundelik.az

Exit mobile version