Gundelik.az Ölkə Külli miqdarda metadon aşkar edildi
Ölkə Xəbərlər

Külli miqdarda metadon aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Gundelik.az-a verilən məlumata görə, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq – Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gundelik.az

Exit mobile version