Gundelik.az Dünya Kiyevə iki il ərzində 140 milyard avro yardım ayırılacaq
Dünya Siyasət Xəbərlər

Kiyevə iki il ərzində 140 milyard avro yardım ayırılacaq

7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində Avropa liderləri Ukraynaya iki il ərzində ən azı 140 milyard avro yardım ayıracağını açıqlayacaqlar.

Bu barədə Gundelik.az “Handelsblatt” qəzetinə istinadən xəbər verir.

Qeyd edilib ki, ABŞ Kiyev üçün maliyyələşdirmə layihəsini ləğv etməyi planlaşdırır. 

Məlumata görə, Avropa iftifaqı liderləri və Kanada tərəfindən hazırlanmış zirvə bəyannaməsi layihəsində Kiyevə 2026-cı il üçün 70 milyard avro və 2027-ci il üçün ən azı eyni məbləğdə yardım paketi nəzərdə tutulub.

Qeyd olunur ki, alyansın bəyannaməsində ölkələr və ya kvotalar üzrə töhfələrin bölgüsü nəzərdə tutulmayıb, ona görə də ödənişlərin məbləği hər bir üzv dövlətlə fərdi olaraq müzakirə olunacaq.

Exit mobile version