Kamerunda Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) məxsus anten və avadanlıqlara texniki qulluq və digər xidmətlər göstəriləcək.
Bu barədə Gundelik.az “Azərkosmos”dan məlunat əldə edib.
Məlumata görə, sözügedən işlər Kamerunun Duala şəhərində aparılacaq.
Belə ki, artıq bununla bağlı “Azərkosmos” müvafiq işləri yekunlaşdırıb və “Rascomstar-QAF” şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 183 600 manat ödənilib.
Gundelik.az

