Bu ilin iyunun 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sahəsinə verilmiş biznes kredit portfeli 1,805 milyard manat təşkil edib.
Gundelik.az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 5 milyon manat (0,3%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 263 milyon manat (17%) artıb.
Belə ki, kKənd təsərrüfatı sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 1,810 miyard manat, ötən ilin iyunun 1-nə isə 1,542 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib.
Gundelik.az

