Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Arzu İsayevanın “Telejurnalistika və data analiz” fənni üzrə açıq dərsi təşkil olunub. Açıq dərs “Data vizuallaşdırılması: zəruri alət və proqramlar” mövzusuna həsr edilib.
Dərs zamanı tələbələrə müasir jurnalistikanın texnoloji imkanları, data jurnalistikasında vizuallaşdırmanın əhəmiyyəti və informasiyanın daha effektiv təqdimat üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda bu sahədə geniş istifadə olunan müasir alətlər – Tableau, Flourish, Datawrapper və digər platformaların funksiyaları və tətbiq imkanları izah olunub.
İnteraktiv müzakirələr və praktik nümunələrlə müşayiət olunan açıq dərs dinamik şəkildə keçib və tələbələrin böyük marağına səbəb olub. Tədbir tələbələrin data jurnalistikası sahəsində bilik və bacarıqlarının artırılmasına, analitik düşüncə və vizual təqdimat vərdişlərinin inkişafına töhfə verib.

Hazırladı: Fəridə Sadıqzadə
Gundelik.az