İtaliyanın idman naziri Andrea Abodi, ölkəsinin 2026 FIFA Dünya Kuboku-nda İranın yerini alması ilə bağlı təklifi qəti şəkildə rədd edib. Nazir bildirib ki, belə bir addım “nə mümkün, nə də uyğun deyil” və vəsiqələrin yalnız meydanda qazanıldığını vurğulayıb.
Təklif ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülmüşdü. O, İtaliyanın tarixi uğurlarını əsas gətirərək komandanın turnuvaya son anda daxil edilməsini təklif etmişdi.
Buna baxmayaraq, FIFA prezidenti Gianni Infantino İranın turnirdə iştirak edəcəyini əvvəlcədən təsdiqləyib. Əgər İran yarışdan çəkilərsə, ən real variantın Asiya zonasından ən yüksək reytinqli komandalardan biri – BƏƏ-nin turnuvaya qatılması olduğu bildirilir.
Qeyd edək ki, İtaliya ardıcıl üçüncü dəfə Dünya Kubokundan kənarda qalır. Bu uğursuzluq fonunda federasiya prezidenti Gabriele Gravina və milli komandanın baş məşqçisi Gennaro Gattuso istefa verib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

