Milli istiqlaliyyətimiz uğrunda apardığımız mübarizənin ayrı – ayrı məqamlarında vətən torpağımız zaman – zaman igidlərimizin qanları ilə suvarılsa da, ruhumuzda olan azadlıq eşqini düşmən məhv edə bilməyib. Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasını əsl milli tarixi bayram kimi təntənəli şəkildə qeyd olunması da məhz bu əzmin və azadlıq idealından dönməzliyin nəticəsidir. İstiqlal günümüzün 28 mayın birinci ildönümü 1919 – cu ildə böyük təntənə və ruh yüksəkliyi qeyd olunub. Əlbəttə , ilk vaxtlar milli istiqlaliyyətimizi, bunun mümkünlüyünü hamı eyni cür dərk və qəbul edə bilmir, bir qism adamlar çaşqınlıq içərisində çırpınırdı.
Lakin bu yolda qazanılan nailiyyətlər xalqın həyata və azad günə olan inam və eşqini son dərəcə möhkəmlətdi. Bu özünü milli istiqlal gününün xalq tərəfindən necə böyük ruh yüksəkliyi ilə keçirilməsində də göstərirdi. Bütün bu tarixi həqiqətlər belə bir fikrə haqq qazandırır ki, “ Mayın 28 – də istiqlal bayramını bu səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə necə mərd bir xalq olduqlarını göstərdilər. Bəzən haqq uğrunda mübarizə aparanlar yorulur, ya da ümidsizliyəqapılıb kənara çəkilirlər. Bəzən də onlar çətin seçim qarşısında qalırlar: “Ya ailən, ya da məhrumiyyətlər! Elə əzizlərinin acizanə baxışlarına özünü təslim edənlər də olur, onları itirmək bahasına olsa belə, ikinci yolu seçənlər də… Bəli, adətən ömrünü haqq işinə fəda edən insanın təkcə özünü yox, əzizlərini də təhlükələrdən qorumaq üçün bu yoldan dönməsinə çalışırıq. Ancaq, eyni zamanda, tarixdə özünü və ailəsini haqq işinə qurban verənləri də təqdir edir, məhz belə şəxsiyyətlərin sayəsində millətin yaşadığını, deməli, bu gün hər birimizin həmin insanlara borclu olduğunu da etiraf edirik… Elə, ötən əsrin əvvəllərində gənc yaşlarından haqq uğrunda mübarizəyə qoşulan, sonadək bu yoldan dönməyən və əzizlərini məhrumiyyətlərə məruz qoyan Məhəmməd Əmin Rəsulzadə kimi. O, özünü və doğmalarını fəda etməyi bacardı…M. Ə. Rəsulzadə Azərbaycanın məşhur dövlət xadimi, Azərbaycan Milli Musavat Xalq Partiyasının lideri, görkəmli publisist –jurnalist, şair, dramaturq ədəbiyyatşünası idi. Ölkəmizin incəsənəti və mədəniyyəti, ədəbiyyatı və tarixi, ictimai fikri, ana dili haqqında zəngin irsi vardır. Haqqında söhbət açdığımız şəxs xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir. M. Ə. Rəsulzadə zamanın, məkanın şərtlərində sıxılıb qalmadan xalqına aid dəyərləri yaşatma yolunda əli çatdığı, ünü yetdiyi hər vasitədən faydalanan və elə bu fədakarlıqları sayəsində də bu gün qürurla xatırladığımızşəxsiyyətlərdəndir.
Tarix zaman – zaman şəxsiyyətlər yetişdirir. Hər bir xalqın yetişdirdiyi şəxsiyyətlərə isə əsl qiyməti tarix özü verir. Məhəmməd Əmin Rəsulzadə ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz liderlərindəndir.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci Rus-müsəlman məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında
olan M.Ə.Rəsulzadə Müsəlman gənclik təşkilatını yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi
təşkilat idi.
Siyasi fəaliyyəti: Müsəlman demokratik "Müsavat cəmiyyəti adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında Müsəlman demokratik Müsavat cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı
komitəsinin nəzdində Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı yaradılmışdır.
Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər.
Təşkilatın Hümmət adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından Təkamül adı
ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin
adı ilə bağlıdır. Buraxılmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.
1908-ci ilin axırında M.Ə. Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür.
M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının
acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə
Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin
sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, İrane Nou və İrane Ahat qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan
gündəlik və müstəqil İrane Nou 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu.
1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur İranda həmin il mürtəce Etidaliyyun (Mötədillər) partiyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində Tənqidi-firqeyi- etidaliyyun adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca Səadəti-bəşər adlı kitabı nəşr olunub.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş,Yusifbəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə Gənc türklər təşkilatına rəğbət bəsləmiş, Türk ocağı cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan Türk yurdu jurnalının fəal yazarlarından biri olmuşdur.Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan Müsəlman demokratik Müsavat partiyasına daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. Bu illərdə M.Ə.Rəsulzadə ədəbi- publisistik fəaliyyətini də davam etdirir. M.Ə.Rəsulzadənin Bakıya qayıdışı:1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.1917-ci ildə fevral burjua inqilabı baş verdi.
Həmin ilin martında açıq fəaliyyətə başlamış Müsavat partiyasının orqanı Açıq söz qəzeti yazırdı:Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət
nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi
kimi boğaz-boğaza gəlmişik 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə
təşkil etmək haqqında qərar çıxardı. Bu qurultayda Azərbaycan qayəsi məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan
varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə
Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq barəsində təklifini qəbul etdi.
Bu dövrdə M.Ə.Rəsulzadə özünün Cəmaət idarəsi və Bizə hansı hökümət faydalıdır? kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi
məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə Şəkli idarə haqqında iki baxış adı altında çap olunmuşdur. May ayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə Qardaş köməyi jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında Müsəlman demokratik Müsavat partiyası ilə Türk Ədəm
Mərkəziyyət partiyası birləşib, Türk Ədəm Mərkəziyyət partiyası Müsavat adı altında çıxış etməyə başladı. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və
hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500
nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında Azərbaycana muxtariyyət şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixə Milli Azərbaycan
hərəkatı kimi daxil olmuşdur.
Azərbaycan Demokratik Respublikası 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan
Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır
və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi.
Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları
arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.
İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail- həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib edr
M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində Dirilik jurnalı səhifələrində qaldırdığı və sonralar 1917-ci ilin aprelində
Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan Azərbaycan qayəsindən söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı
olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki,
edilən bütün ədalətsizliklər sona bitsin.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş,Yusifbəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə Gənc türklər təşkilatına rəğbət bəsləmiş, Türk ocağı cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan Müsəlman demokratik Müsavat partiyasına daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. Bu illərdə M.Ə.Rəsulzadə ədəbi- publisistik fəaliyyətini də davam etdirir. Elə şəxsiyyətlər var ki, illərin, əsrlərin keçməsi onları unutdura bilmir, onlar vəfatlarından sonra da yaşayırlar. Çünki onlar dünyada cismani deyil, belə demək mümkünsə, ruhani bir ömür sürürlər. Onları yaşadan yaşatdıqları ülvi dəyərlər, daim yardımsevər olmaları, təhsilə, mədəniyyətə, mənəviyyata göstərdikləri misilsiz xidmətlərdir. Əbəs yerə deməyiblər ki, “Xalq üçün yaşayanı Haqq əbədi yaşadar”…
M. Ə. Rəsulzadə yalnız öz millətinin azadlığı və müstəqilliyi yolunda çarpışmaları ilə deyil, həm də yaratdığı tarixi, fəlsəfi, elmi, ədəbi əsərləri, irəli sürdüyü orijinal ideyaları ilə tariximizin ən böyük şəxsiyyətlərindəndir.O, ilk növbədə əqidəsi uğrunda hər cür əzaba, hər cür fədakarlığa hazır olan bir insan , mənsub olduğu millətin milli ideologiyasını yaradan və bu əsasda onun özünüdərkinə və həmişəyaşarlığına can atan mütəfəkkirdir. Məhz elə buna görə də Məmməd Əmin Rəsulzadənin pedoqoji ideyalarının mayasını Xəlqilik, Həyatilik, Tarixilik və Müasirlik təşkil edir.
M.Ə.Rəsulzadə pedoqoji fikir tariximizdə təlim, tərbiyə elminin metodologiyasını hazırlayan, vətəndaş – insan yetişdirilməsi konsepsiyasını irəli sürən xadim kimi
müstəsnalıq təşkil edir. O ilk dəfə olaraq Azərbaycan türkünün, siyasi, hüquqi azadlığını mənəvi azadlıqla vəhdətdə götürmüş, demokratik təhsilə, ana dilli, milli
məzmunlu tərbiyə və ümumbəşəri dəyərli təlim üzrə qurulan məktəbi bunun üçün mühüm vasitə hesab etmişdir. Onun Azərbaycan gənclərinə xitabən söylədiyi müdrik
kəlamları xalqımızın dillər əzbərinə çevrilmişdir.
Məmməd Əmin Rəsulzadənin müdrik kəlamları:
Diriliklərin ən qiymətlisi milli dirilikdir.
“Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir… Bir milləti məhv edib aradan götürmək qəsdində olan siyasətlər də əsil bunun üçündürki, təməssül əməliyyatı icra edərkən, ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan
çıxarmağa səy edərlər. Çünki dil həmən millət deməkdir”. 28 mayda Azərbaycan üfüqlərində açılan milli bayraq təkrar o doğma yurd üzərində
açılacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq, hürriyyətə qovuşacağıq”. “Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir
bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
Bir kərə yüksələn bayraq bir daha enməz!” “Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə qaldıracaq və bu yolda ya qazi və ya şəhid olacaqsan!
“Milli hakimiyyəti itirmək qədər böyük fəlakət yoxdur”.
“Milli mədəniyyətə dayanması və Milli Demokratik Türk Dövlətçiliyi təməli üzərində qurulması etibarilə Azərbaycan ilk Türk Dövləti və ilk müsəlman Cümhuriyyətidir.
“On doqquzuncu əsr Avropa millətlərinin doğulduğu və böyüdüyü əsrdir. İyirminci əsr də Asiya millətləri üçün belə bir əsr olacaqdır”.
“Coğrafi mövqe etibarilə Avropa ilə Asiya arasında yerləşən Qafqaz, milli ünsürlər və mədəni dəyərləri baxımından da iki aləmi təşkil edən bir keçiddir. XIX əsrin
Avropasında hökm sürən, indi də XX əsr Asiyasını bürüyən böyük fikir, milli istiqlal fikri burada mütləq zəfər çalacaqdır.”
“Yüz il əvvəl müxtəlif xanlıqlar şəklində hakimiyyətimizi itirdiyimiz zaman bugünkü Azərbaycan vəhdətinə malik deyildik. Yüz illik əsarət dərsi ilə bolşevik dövründəki
hürriyyət mübarizəsi bizi özümüzə tanıtdı. Vəhdət və mövcudiyyətimizin əlaməti olaraq əlimizə türklüyümüzü, müsəlmanlığımızı və müasir bir xalq olduğumuzu
göstərən bir istiqlal bayrağı verdi”.
“Azərbaycanlılar Türkdürlər. Türklər 200 il “Ergenekon” tilsimində qaldılar. Nə qədər çalışsalar da, bir tərəfə çıxa bilmədilər. Fəqət bir dəmirçinin himməti dağları
əridib türkləri təkrar geniş dünyaya çıxartdı”. “İnsanlara hürriyyət, millətlərə istiqlal!”
“Bir millətin yeni nəsli ondan əvvəlki nəsildən daha az mədəni və daha az təcrübəli olarsa, o millətin varlığı və istiqlalı təhlükəyə məruz qala bilər”.
“Madam ki, milliyyətçiyik deyirik, madam ki, Milli Dövlət İstiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə, nə də kommunizmə təkamül mümkün
ola bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli birlik sistemidir”. Yıxıcı və sarsıdıcı imperialist və kosmopolit fikirlərin önünə ancaq milli təməli
qüvvətləndirmək və sağlamlaşdırmaqla keçilə bilər. Milliyyətçilik fikri ən təbii, ən mədəni və ən irəli bir fikirdir. Elm və mədəniyyətin inkişafının və yayılmasının qarşısını almaq bir yana dursun, bu, inkişaf və yayılmanın ən təsirli və qüvvətli bir amilidir. Həm də mədəniyyətin ən təbii və normal inkişaf yoludur”.
“Azərbaycanlılar “Mehdi” zühuruna inanırlar. Azərbaycanın Mehdisi xalqının idealından, milli – istiqlalından ibarətdir. Fəqət indilik biz ümidimizi qırmayaq, o
bayrağı qaldıracaq qanından keçən dəmirçilər hazırlayaq. Bilək ki, çoxdan məhv edildiyi zənn edilən millətlərin birər – birər dirildiyi bu ən böyük çaxnaşmada ölmək
istəməyən millətləri diri – diri basdırmaq qətiyyən mümkün deyildir”.
“Mücadilə bütün şiddəti ilə davam edir. Bu mücadilənin nə zaman bitəcəyini qətiyyətlə söyləmək mümkün olmasa da, zəfərlə bitəcəyini qətiyyətlə deyə bilərik”.
“Milli varlıqları qoruyan və bu varlığın ayrılmaz haqqı olan siyasi istiqlaliyyəti üçün çarpışan məhkum millətlərdə olduğu kimi, Azərbaycan millətçiliyi də ümumi
hürriyyət prinsiplərinə bağlıdır”.
Tarixi müqəddəratımız nə qədər ağır, keçirdiyimiz istila nə qədər faciəli olsa da, yaşadığımız əsirlik günləri nə qədər uzun sürsə də, millətimizin göstərdiyi qarşıdurma
gücünün birliyi bizə ümid verir”.
Əgər mümkün olsaydı, qalxıb xalqa deyəcəydim ki, görünüz milli aşıqlarımızın havası nə qədər dilrübadır, nə qədər cazibədardır. Aşıq Kərəm, Koroğlu nəğmələrində
o qədər ülvi hisslər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman saf və pak ürəkləriniz anlaya bilər.
Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvə təşkil edər.
Təhsilin demokratikləşdirilməsi ideyasının əsasını, xalqın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən öyrənmək və bu biliklərdən dünya mədəniyyətinə körpü
salmaq təşkil edir.
Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!
“Zaman ağır, keçəcəyimiz yol tikanlı və əzablıdır. İrəlidə olan bir çox müşkülləri və maneələri də nəzərə almalıyıq. Bu maneəli yollarda … firqə ehtirasları, şəxsi – qərəzlər və bütün bu kimi vətən və millət qayəsi qarşısında səfil qalan qərəzlər atılmalı, vətən
qayəsi və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqimizin Füzulisidir. Məhəmməd Füzulinin Azərbaycan ədəbiyyatı sahəsində gördüyü işi, Üzeyir Hacıbəyov milli
musiqimizdə həyata keçirmişdir. Biz inanırıq ki, bu müdrik kəlamlar illər keçsə də xalqımızın yaddaşından,ürəyindən silinməyəcək. Milli istiqlaliyyətimiz uğrunda apardığımız mübarizənin ayrı – ayrı məqamlarında vətən torpağımız zaman – zaman igidlərimizin qanları ilə suvarılsa da, ruhumuzda olan azadlıq eşqini düşmən məhv edə bilməyib. Bu gün Azərbaycan Demokratik Respublikasının əsl milli tarixi bayram kimi təntənəli şəkildə qeyd olunması da məhz bu əzmin və azadlıq idealından dönməzliyin nəticəsidir. İstiqlal günümüzün 28 mayın birinci ildönümü 1919 – cu ildə böyük təntənə və ruh yüksəkliyi qeyd olunub. Bu bayram münasibəti ilə M. Ə. Rəsulzadə 1919 – cu il mayın 31 – də “İstiqlal” qəzetində dərc etdirdiyi “Həşəmətli bir gün (Musavat məsləkinin elani – səfəri)” məqaləsində xalqımızın milli istiqlaldan doğan sevincini təsvir etdikdə sonra yazırdı: “ Bakı tarixinin, bəlkə də bu ana qədər qeyd eləmədiyi bu böyük gündə bir çoxları kəndi – kəndinə: Əcəba,bu uyqumudur?! – dedilər. Əvət , bu, Azərbaycan tarixinin ən böyük həqiqətini təşkil edən gün o qədər xariqüladə idi ki, uyquya bənzəyirdi”. Əlbəttə , ilk vaxtlar milli istiqlaliyyətimizi, bunun mümkünlüyünü hamı eyni cür dərk və qəbul edə bilmir, bir qism adamlar çaşqınlıq içərisində çırpınırdı.
Lakin bu yolda qazanılan nailiyyətlər xalqın həyata və azad günə olan inam və eşqini son dərəcə möhkəmlətdi. Bu özünü milli istiqlal gününün xalq tərəfindən necə böyük ruh yüksəkliyi ilə keçirilməsində də göstərirdi. Bütün bu tarixi həqiqətlər belə bir fikrə haqq qazandırır ki, “ Mayın 28 – də istiqlal bayramını bir səmimiyyətlə
qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki: İstiqlal xanların, bəylərin,
ağaların deyil, Azərbaycan xalqının , türk millətinin milli, ən müqəddəs ideallarıdır!”
M. Ə. Rəsulzadə əldə olunan azadlığın qorunması üçün millətin daha kamil bir səviyyəyə çatdırılmasının vacibliyini qarşıya mühüm tarixi vəzifə kimi qoyurdu:
“Böylə bir hissiyata malik olan millətin haqqını hər kəs tanımalı, bu milləti bu qədər sevdiyi hürriyyət və istiqlalını müdafiə üçün mübarizə edə bilən bir hala qoymalıdır”.
Azadlıq şərbətini dadaraq onun ləzzətini bildiyi üçün bu bəşəri nemət uğrunda xalqın daim əzmlə mübarizə aparacağı inamı ilə M. Ə. Rəsulzadə yazırdı: Azərbaycan xalqı artıq əsarətə getməz! Yaşasın Azərbaycan! Xalqımızın milli istiqlaliyyət yolunda apardığı dönməz mübarizə bu fikrin müdrikliyinə bir sübutdur. M. Ə. Rəsulzadə xalqımızın, Vətənimizin yolunda çox işlər görmüş bir şəxsiyyətdir. Onun yaratdığı ilk demokratik Azərbaycan dövləti az ömürlü olsa da, fikri, qayəsi yaşamış və 72 ildən
sonra kökləri münbit torpağa işləmiş ağac kimi təzədən göyərmiş, çiçəklənmişdir. 23 ay ərzində vüqarla dalğalanan üçrəngli, köksü Hilallı Azərbaycan bayrağının şöhrəti Odlar yurdu hüdudlarından xeyli uzaqlarda yayılmışdır. Gənc respublikanın tarixən çox qısa bir dövrdə qazandığı uğurlardan bəhs edən M. Ə. Rəsulzadə böyük sevinc hissi ilə yazırdı ki, “Azərbaycan həyat qabiliyyətini yalnız öz içində deyil, xaricdə də hiss etdirirdi. Dünyanın hər tərəfindən yeni Türk Cümhuriyyətinə heyətlər, səfirlər gəlir, burada görülən həyati hürriyyəti, sənəti və gözəlliyi təqdir edib, heyran olurdular. Az keçmədi ki, Avropanın, Amerikanın seçkin elçiləri Azərbaycanın paytaxtını ziyarət edərək onu tanıdıqlarını və onunla hər növ mədəni və ticarət əlaqəsinə girmək istədiklərini bildirdilər. M. Ə. Rəsulzadə sırf milli məzmunlu
məktəb tərəfdarıydı. O, Azərbaycanda təlimin uzun əsrlər fars və ərəb, XIX əsrdən isə rus təlim sistemində aparılmasını kəskin tənqid edirdi. Milli əqidəyə, milli düşüncəyə, milli əxlaqa yiyələnmək üçün məktəbdə təlimin mütləq ana dilində və milli məzmunda aparılmasını gərəkli sayırdı. Rəsulzadə milli intibahı milli vicdanın varlığında görürdü. Milli şüurun inkişafı üçün milli vicdanın oyanmasını zəruri sayırdı. M. Ə. Rəsulzadə millət balalarında milli vicdanı, vətən əxlaqını, milli
özünüdərki inkişaf etdirmək üçün milli ədəbiyyatı başlıca vasitə sayırdı. O, ana dilində yazılmış bədii və tarixi əsərlərdən istifadənin daha faydalı olduğunu qeyd edir,
bunun xalq tələbatından doğulduğunu əsaslandırırdı. O, “Azərbaycan Cumhuriyyəti” adlı əsərində yazırdı ki, nəməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”,
“Aşıq Qərib” və s bu kimi dastanlar ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin” i, “Fərhad və Şirin” i hətta Firdovsi ilə Hafizi belə rəqabət edə bilməzdi. M. Ə. Rəsulzadənin fikrincə Nizami Gəncəviyə aid maddi və mənəvi xatirələri Vətən
və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiramilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə
yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın
sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq. Budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi. Rəsulzadə xalqın aradığını ona yetirmək üçün çalışırdı, müstəqilliyi, suverenliyi, milli əxlaq və mədəniyyəti əldə etmək və inkişafına nail olmaqla milləti dünyəvi tanınma mərhələsinə çatdırmağa can atırdı. O, bir praktik – metodist kimi yox, ideoloq, nəzəriyyəçi, maarifpərvər kimi çıxış edirdi. M. Ə. Rəsulzadə məktəbi siyasətdən, sinfi mövqelərdən kənar elm, ədəb ocağı sayırdı. Məktəbin məqsədini müstəqil düşüncəyə, milli mənlik şüuruna malik Azərbaycan vətəndaşı yetirməkdə görürdü. M. Ə. Rəsulzadənin pedoqoji sistemində ana dili problemi xüsusi aktuallıq kəsb edir. Çünki o, millətin inkişafı və azadlığının, müstəqilliyinin bərqərar olması, ümumiyyətlə, daimi mövcudluğu üçün yaşayan, zənginləşən, inkişaf edən ana dilini baş vasitə hesab edirdi. 1913 – cü ildə Türkiyədən doğma Bakıya qayıdan Məhəmməd Əmin Rəsulzadə şəhərin siyasi və mədəni həyatında fəal iştirak etməyə başlayır. Dövrü mətbuatda məqalələr yazır, axşamlarını , demək olar ki, H. Z.Tağıyevin teatrında keçirir, səhnə əsərlərinə tamaşa etməkdən doymurdu. XX əsrin əvvəlllərində Azərbaycan milli qurtuluş hərəkatı yeni vüsət almışdı və bu dövr şüurun inkişafı və formalaşmasında yeni mahiyyəti ilə səciyyələnirdi. Azərbaycanın siyasi həyatını müəyyənləşdirən bu hərəkatın unudulmaz nümayəndələrindən, şəxsiyyətlərindən biri Məmməd Əmin Rəsulzadə idi. M. Ə. Rəsulzadənin dolğun ictimai və quruculuq fəaliyyətini, zəngin ədəbi – siyasi irsini öyrənmədən, onun elmi – nəzəri görüşlərinə bələd olmadan XX əsrin əvvəllərinin aydın mənzərəsini vermək mümkün deyil.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda yorulmaz mübariz Rəsulzadənin həyat və yaradıcılığı bu baxımdan olduqca qiymətlidir. Öz amalı və əqidəsi uğrunda
fədakarlıqla mübarizə aparan Rəsulzadə deyirdi: “Yeni yaranan bu siyasi türk yavrusu dirçəlib digər xalqların sırasında özünə yer tapa biləcəkmi, yoxsa sısqa körpə
beşikdəcə məhv olub gedəcək? Ürəkləri göynədən əsas nisgil, bax budur. Bu çətin anda Azərbaycanın taleyini əlinə alan hər kəsin üzərinə ciddi, həm də çox vacib bir vəzifə düşür – yeni doğulmuş Azərbaycanı hər vasitə ilə xilas etməli”. M. Ə. Rəsulzadənin dövlət və ictimai xadimlərlə yazışmaları göstərirdi ki, Azərbaycan
xalqının əsrlər boyu apardığı mübarizə nəticəsində qazandığı bu kövrək müstəqilliyin müdafiəsi və qorunması üçün bir sıra işlər görmüşdür. M. Ə. Rəsulzadəyə görə,
millətin birləşməsi və saxlanmasında mühüm amillərdən biri də adət – ənənələrdir. Rəsulzadə gənclərin tərbiyəsində dil, din, milli tarix və ədəbiyyat, adət – ənənə
amillərindən bəhrələnməyi məktəblərin əsas vəzifəsi kimi irəli sürürdü. Xalqımızın böyük oğlu M. Ə. Rəsulzadəni daha çox narahat edən yad dillə, yad tərbiyə məzmunu və metodları ilə formalaşan gənclərin mənəvi olaraq itirilməsidir. O,”Milli dirilik” adlı məqaləsində bu cəhətə toxunaraq qeyd edirdi ki, dilimizi, dinimizi, tariximizi gözlədiyimiz halda, adət və əxlaqımızı da gözləmək məcburiyyətini hiss edirik.
Uşaqlarımızı haman öz ruhumuzda tərbiyə etməliyik… M. Ə. Rəsulzadənin müxtəlif illərdə, taleyin qismət etdiyi müxtəlif ölkələrdə qələmə aldığı “Çağdaş Azərbaycan tarixi”,”Azərbaycan Cumhuriyyəti”,”Azərbaycan şairi Nizami”,”Əsrimizin Səyavuşu” kimi kitabları, müxtəlif qəzet və dərgilərdə, toplularda dərc edilmiş saysız – hesabsız əsərləri bu gün öyrənc mənbəyi kimi çox qiymətlidir. Onun bu əsərlərə səpələnmiş ideyaları bu gün cücərməkdə, boy atmaqda, inkişaf etməkdədir. Xalqımızın böyük oğlu Rəsulzadənin ədəbi – siyasi irsi bu gün hər bir azərbaycanlının vətənsevərlik, sədaqət ruhunda tərbiyəsi üçün etibarlı
mənbədir. Məmməd Əmin Rəsulzadə Azərbaycanın gələcəyini müəyyənləşdirən şəxsiyyətlərdəndir. Türkçülük, islamçılıq və müasirlik ideyalarını həyata keçirmək
üçün 1911 – ci ildə başda M. Ə. Rəsulzadə olmaqla bütün Azərbaycan ziyalılarının arzuladığı partiya “Musavat” partiyası yaradıldı. 1918 – ci ildə Azərbaycan çar
Rusiyasının əsarətindən azad olub, öz istiqlaliyyətinə qovuşdu. Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə parlament, hökumət, dövlət atributları formalaşdırıldı və
Azərbaycan Demokratik Respublikası müstəqil dövlət kimi beynəlxalq atributları formalaşdırıldı və Azərbaycan Demokratik Respublikası müstəqil dövlət kimi
beynəlxalq arenaya çıxdı. Lakin siyasi vəziyyət heç də istiqlalçıların xeyrinə deyildi. Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə törədən, əsasında
ermənilərin dayandığı bir sıra qüvvələr mövcud idi. 1920 –ci il, aprelin 28 – də bu qüvvələrin səyləri nəticəsində XI Qızıl Ordu Azərbaycana daxil oldu və Azərbaycan
Demokratik Cümhuriyyətinin varlığına son qoyuldu. Aprel hadisələrindən sonra bir müddət həbsdə qalan M. Ə.Rəsulzadə azadlığa çıxdıqdan sonra mühacirətə üz tutdu.
M. Ə. Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Rəsulzadənin bilavasitə mədəniyyətə, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş əsərləri, məqalə və
məruzələriəsasən onun yaradıcılığının mühacirət dövrünə düşür. 1923 – cü ildə İstanbulda Məmməd Əmin “Əsrimizin Səyavuşu”, “Azərbaycan Respublikasının
keçmişi, təşəkkülü və indiki vəziyyəti” əsərlərini nəşr etdirir. 1951 – ci ildə isə Ankarada “Azərbaycan şairi Nizami” adlı kitabını çap etdirməklə Rəsulzadə dünya
nizamişünaslığına bir sıra yeni fikirlər gətirmişdir. Bir müddət Polşa və Ruminiyada yaşayan, sonra yenidən ikinci vətəni Türkiyəyə qayıdan, qəlbində Azərbaycan
eşqinin sönməz yanğısı ilə yaşayıb – yaradan Məmməd Əmin Rəsulzadə 1955 – ci il, martın 6 – da Ankarada üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan…” deyərək, gözlərini əbədi yumdu. “İnsanlara hürriyyət, millətlərə istiqlal” arzusu ilə siyasi həyata atılmış Rəsulzadə bu ideya ilə də 72 yaşında həyatla vidalaşdı. Lakin ömrünün son anına qədər inam onu tərk etmədi. 1947 – ci ildən Ankarada yaşayan M. Ə. Rəsulzadə ömrünün axırına kimi Azərbaycanın istiqlalı və azadlığı uğrunda mübarizə aparmışdır. Hətta ölüm onu haqlayanda belə üç dəfə “Azərbaycan” – deyərək
əbədiyyətə qovuşmuşdur. Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk
demokratik respublikanın bayrağını ucaldan qüdrətli soydaşlarımızla, onların haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini
söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən – nəslə ötürdü. Nəhayət bir kərə yüksələn bayraq 1991 – ci ildə yenidən başlarımız üstə yerini tutdu və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Çünki müstəqillik milli ruhun, milli duyğuların, milli düşüncəyə çevrilərək bir xalqın istiqbal adına bütün xeyirlərə
qovuşma ümidinin prinsipi idi. Qısa bir dövr ərzində beynəlxalq münasibətlər sisteminə qoşulan Azərbaycan Respublikası dünyanın 130 – dan çox dövləti tərəfindən
tanınmış, Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, İslam Konfransı Təşkilatında, Qara dəniz İqtisadi Əməkdaşlıq
Assambleyasında, İqtisadi Əməkdaşlıq Təşkilatında öz yerini möhkəmlətmişdir. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz, ən qiymətli
sərvətimizdir, eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Ümummillilider
Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi
etməkdən ibarətdir”. Bəli, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz və əbədi etmək bundan da çətindir.
Əsrlərdən gələn milli duyğunun, milli qeyrətin – azadlıq ruhunun zamanları aşıb zirvələşdiyi, coşub – daşdığı məqam – Cümhuriyyətimiz!..
Varlıq tariximizin silinməz yaddaş lövhəsi, millətin böyük salnaməsi, müstəqilliyimizin anası – Cümhuriyyətimiz!..
Bu gün hər bir azərbaycanlı sevinir və qürur hissi keçirir ki, vaxtilə M. Ə. Rəsulzadənin Azərbaycanın gəncliyinə etdiyi vəsiyyət həqiqətə çevrilib. M. Ə.
Rəsulzadə deyirdi:
Ey Gənclik! Ey Türk gəncliyi! Sənin öhdəndə böyük bir vəzifə var!
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi: Bir kərə yüksələn bayraq bir daha enməz! Sən
onun ümidini qırmayacaq, bu gün parlament binası üzərində azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda şəhid olacaqsan!”
Bəli, Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşdük. Sözsüz ki, bu sədaqət, bu sevgi ilə M. Ə. Rəsulzadə Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Biz Azərbaycan xalqının taleyinin bir parçası olan M. Ə. Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşdük.
Yüksələn bir mədəniyyətin əsasında Ümummilli lider Heydər Əliyev kimi, böyük mütəfəkkir Məmməd Əmin Rəsulzadə kimi insanlar, istiqlalına qovuşmuş vətən və
hürr düşüncənin tətbiqi dayanır. Bu dəyərlərə sahib olduqca millət mükəmməllik və professionallıq əldə etməyə başlayır. Çünki qabiliyyətləri genişləndirən, istedadlara
yol açan, ən kiçik imkanları dəstəkləyən, bir sözlə, elmə və elm insanına dəyər verən bir xalq yer üstündəki zənginliklərini tarixi dəyərləri ilə birləşdirər. Biz ölkəmizin,
vətənimizin və insanlarımızın qiymətini bilməli, Azərbaycanımıza bir cənnət dəyəri verməliyik. Bu dəyəri verdikcə millətimizin ruhundakı istiqlal qığılcımları tarix boyu
sönməyəcək, əsrlərlə düşmənlərimizin gözlərini oyacaq və bizi sevənlərin qəlblərinə işıq saçacaqdır. Bu gün bütün Azərbaycan xalqı əzəmətli bayrağımızın qarantı olan Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevin rəhbərliyi altında xoşbəxt gələcəyə doğru inamlı addımlar atır.
Ruhiyyə Məmmədli
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi – metodika şöbəsinin müdiri
Gundelik.az

