Gundelik.az Xəbərlər İqtisadiyyat İstilik elektrik stansiyalarında enerji istehsalının həcmi AÇIQLANIB
İqtisadiyyat Xəbərlər

İstilik elektrik stansiyalarında enerji istehsalının həcmi AÇIQLANIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 12,7 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117,9 milyon kVt-saat və ya 0,9% çoxdur.

Eyni zamanda hesabat dövründə istilik elektrik stansiyalarının istehsalı üzrə tullantıların yandırılmasından alınan elektrik enerjisinin həcmi isə 132,1 milyon kVt-saat təşkil edib. Bu isə 2024-cü ilin ilk yeddi ayındakı göstərici ilə müqayisədə 0,9 milyon kVt-saat və ya 0,7% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil edib.

Gundelik.az

Exit mobile version