İsrailin keçmiş müdafiə naziri Yoav Qallant Təl-Əvivin nüvə fəaliyyətlərini inkişaf etdirəcəyi təqdirdə İranın nüvə obyektlərinə yeni hücumlar edəcəyi ilə hədələyib.
Gundelik.az xəbər verir ki, bu barədə sabiq nazir sosial media hesabında paylaşım edib.
Tehran rəhbərliyinin Təl-Əvivə münasibətinə qarşı bir çox iddialar irəli sürən Qallant, “İranın vəkil qüvvələri vasitəsilə İsraili mühasirəyə almağa çalışdığını, lakin buna nail ola bilmədiklərini” iddia edib.
Qallant Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın iki ölkə arasında toqquşmalara qarışmaq üçün Xamneyidən “icazə istədiyini”, lakin İran liderinin bundan imtina etdiyini iddia edib.
İranın 90 milyon əhalisi olduğunu və ərazi baxımından İsraildən 60 dəfədən çox böyük olduğunu xatırladan Qallant, İranın “bu gün hər zamankindən daha həssas olduğunu” iddia edib.
Qallant Tehranın bir neçə variantının olduğunu, lakin onların heç birinin “asan” olmadığını şərh edib: “Nüvə inkişafını sürətləndirə bilərsiniz, amma yəqin ki, biz sizin nə qurduğunuzu görəcəyik və gördüklərimizi vuracağıq”.
Gundelik.az

