İsrail ordusunun yaydığı bəyanatda bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rəhbərliyinə məxsus hədəflərə və Livanın paytaxtı Beyrutda Hizbullaha aid nöqtələrə qarşı eyni vaxtda genişmiqyaslı hava hücumları dalğası başladıb.
ABŞ–İsrailin İrana hücumları
İsrail və ABŞ, Tehran və Vaşinqton rəhbərlikləri arasında danışıqlar davam etdiyi bir vaxtda, 28 fevral tarixində İrana hərbi hücuma başlayıb.
İran isə İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirməklə cavab verib.
ABŞ və İsrailin hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei və bir çox yüksək vəzifəli şəxs həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti ölkəyə yönəlmiş bombardmanlar nəticəsində 555 nəfərin həyatını itirdiyini, 747 nəfərin isə yaralandığını açıqlayıb.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

