Gundelik.az Dünya İsrail Beyrutda Hizbullah baş qərargah rəisini öldürüb
Dünya Xəbərlər

İsrail Beyrutda Hizbullah baş qərargah rəisini öldürüb

İsrail ordusu Hizbullahın baş qərargah rəisi Heysəm Əli Təbatəbainin Beyruta endirilən hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, zərbə Hizbullahın güclənməsinin qarşısını almaq və İsrailə yönələn təhlükələri aradan qaldırmaq məqsədi daşıyıb.

Hizbullah da öz növbəsində yüksək rütbəli komandirinin ölümünü təsdiqləyib. Hadisə zamanı Beyrutun cənub ətrafında yerləşən binaya raket düşüb, nəticədə 5 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

ABŞ rəsmiləri bildiriblər ki, İsrail bu hücum barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırmayıb.

Qeyd edək ki, 2024-cü ilin noyabrında İsrail və Hizbullah atəşkəs imzalasa da, son aylarda bölgədə qarşılıqlı hücumlarla bağlı xəbərlər yenidən artıb.

Exit mobile version