Gundelik.az Dünya İsrail 35 milyard dollarlıq müdafiə büdcəsi elan edib
Dünya Siyasət Xəbərlər

İsrail 35 milyard dollarlıq müdafiə büdcəsi elan edib

İsrailin 2026-cı il üçün müdafiə büdcəsi layihəsinin 7 milyard dollar artaraq 35 milyard dollar olması nəzərdə tutulur.

Gundelik.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“İsrailin 2026-cı il üçün müdafiə büdcəsi əvvəlki layihədə nəzərdə tutulan 28 milyard dollardan təqribən 35 milyard dollar səviyyəsinə müəyyən edilib”, – məlumatda deyilir.

Bildirilib ki, 2026-cı il üçün planlaşdırılan müdafiə büdcəsi regionda münaqişənin başladığı 2023-cü ilə nisbətən 15 milyard dollar artıb.

Nəşrin məlumatına görə, İsrail 2024-cü ildə HƏMAS və Hizbullaha qarşı hərbi əməliyyatlara təxminən 31 milyard dollar xərcləyib.

Exit mobile version