Madrid ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan” Sülh Şurası”nda iştirak etməyəcək.
Gundelik.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez bildirib.
O, izah edib ki, bu qərar İspaniyanın çoxtərəfli dünya nizamını, beynəlxalq hüququ və BMT sistemini dəstəkləməkdəki ardıcıl mövqeyi ilə diktə olunur.
Nazir qeyd edib ki, Fələstinin gələcəyini fələstinlilər özləri müəyyən etməlidir və İsraillə dinc və təhlükəsiz birgəyaşayış məsələləri tərəflər arasında dialoq yolu ilə həll edilməlidir.

