Gundelik.az Dünya İranla müharibə nə vaxt başa çatacaq? ABŞ-ın vitse-pirezidenti Vansın diqqətə layiq açıqlaması
Dünya Xəbərlər

İranla müharibə nə vaxt başa çatacaq? ABŞ-ın vitse-pirezidenti Vansın diqqətə layiq açıqlaması

Vans amerikalı mühafizəkar jurnalist Benni Consona müsahibə verib. Sosial meadia kanallarında dərc olunan müsahibədə Vans iddia edib ki, onlar İrana qarşı hücumların hərbi məqsədlərinin böyük əksəriyyətinə İsraillə əməkdaşlıq edərək nail olublar.

Vans bildirib ki, “Biz bütün hərbi məqsədlərimizə nail olmuşuq. Prezident vəzifəsindən ayrıldıqdan sonra çox, çox uzun müddət işləməyə davam edəcək ki, biz bunu bir daha etməyək”. Vans İranın hələ də ABŞ-ı təhdit etdiyini və nüvə silahı yaratmağa çalışdığını iddia edərək, ABŞ-ın İranı çox uzun müddət neytrallaşdırmağı hədəflədiyini əlavə edib.

Vans İrana hücumlar səbəbindən benzin qiymətlərinin artması ilə bağlı suala cavab olaraq dedi: “Düz deyirsiniz, benzin qiymətləri Yaxın Şərqdə baş verənlərə görə mütləq artıb, amma düşəcək”.

Benzin qiymətlərinin artımının “müvəqqəti reaksiya” kimi xarakterilizə edən Vans qeyd edib ki, onlar İrana uzun müddət, məsələn, bir və ya iki il qalmayacaqlar.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az

Exit mobile version