Gundelik.az Dünya İranın Netanyahunun ofisinə hücum iddiası dünya xəbərlərində dominantlıq edir
Dünya Xəbərlər

İranın Netanyahunun ofisinə hücum iddiası dünya xəbərlərində dominantlıq edir

Netanyahunun ölüb-ölməməsi ilə bağlı suallar gücləndikcə, beynəlxalq mətbuatda iddia edilən hücum zamanı onun harda olması ilə bağlı müxdəlif ssenarilər sürətlə yayılır. Sosial mediada və regional mənbələrdə Netanyahunun hücum zamanı İsraildən kənarda ola biləcəyinə dair təsdiqlənməmiş xəbərlər yayılsa da, heç bir rəsmi qurum bu iddiaları təsdiqləməyib. Bu arada İranın “ofisə vurduğu” bəyanatı regionda müharibənin gedişatının dəyişə biləcəyi ilə bağlı mülahizələri gücləndirib. Bütün gözlər indi hücumun əsl təsirini və Netanyahunun vəziyyətini aydınlaşdıracaq rəsmi açıqlamadadır.

Netanyahunun ofisinə hücum edilibmi?

İran İnqilab Keşikçiləri Korpusu İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və İsrail Hərbi Hava Qüvvələri Komandanlığının iqamətgahının hədəf alındığını açıqlayıb. Lakin İsrail hakimiyyəti hücumu nə rəsmi təsdiq, nə də təkzib edib.

Netanyahu ölüb?

Mehr Xəbət Agentliyi 10-cu raket hücumu dalğası ilə bağlı İnqilab Keşikçiləri Korpusunun elanını dərc edib. Açıqlamada, “İsrail baş nazirinin ofisi və İsrail Hərbi Hava Qüvvələri Komandanlığı kompleksi Hayber raketləri ilə hədəfə alınıb.”

Netanyahunun ölü və ya dili olması ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

 

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az

Exit mobile version