“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tarixdə sərvəti 800 milyard dollara çatan ilk insan olub.
Gundelik.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Qeyd edilib ki, Maskın sərvəti rekord həddə – 852 milyard dollara çatıb.
Məlumata görə, “SpaceX“ öz korporasiyası olan “xAI“ı əldə etdikdən sonra sərvət kəskin şəkildə artıb. Belə ki, birləşdirilmiş şirkətin dəyəri 1,25 trilyon dollar olub və bu da Maskın xalis sərvətini 84 milyard dollar artırıb.
Müqavilədən əvvəl Mask “SpaceX“in təxminən 42%-nə və “xAI“nin 49%-nə sahib olub.
Bu, Maskın bir ildən az müddətdə ikinci şirkət birləşməsidir. 2025-ci ilin mart ayında o, “xAI“ və “X“ sosial şəbəkəsini birləşdirib.

