Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq İlk azərbaycanlı qadın musiqişünas Xurşud Ağayeva
⁠Ailə, qadın və uşaq Ədəbiyyat Xəbərlər

İlk azərbaycanlı qadın musiqişünas Xurşud Ağayeva

Xurşud Ağayeva ilk azərbaycanlı musiqişünas xanımımızdır.Ü.Hacıbəyov haqda birinci monoqrafiyanın müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimidir.

Ağayeva Xurşid Həsən qızı 1906-cı ildə Bakıda anadan olmuşdur.1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. Xurşid Ağayeva Azərbaycan musiqisinə aid məqalələrin, “XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları” əsərinin müəllifidir. Ziyalı ailədə
böyüyən Xurşid Ağayeva orta təhsilini bitirdikdən sonra 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur . Azərbaycan musiqisinə və onun tarixinə olan marağı Xurşid xanım Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifi də məhz  Xurşid Ağayevadır. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir. Azərbaycan musiqisinə aid bir sıra məqalələrin, “XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları” (vəfat etməsi ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir. Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat etmişdir.

Gundelik.az

Exit mobile version