Gundelik.az Dünya İkinci dünya müharibəsində batan gəmilər tapıldı
Dünya Xəbərlər

İkinci dünya müharibəsində batan gəmilər tapıldı

Beynəlxalq ekspedisiya qrupu Solomon adalarında yerləşən “Iron Bottom Sound” akvatoriyasında apardıqları araşdırma zamanı İkinci Dünya Müharibəsinə aid 13 döyüş gəmisinin qalıqlarını görüntüləyib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“Ocean Exploration Trust təşkilatının” “E/V Nautilus” gəmisində aparılan 22 günlük tədqiqat zamanı daha əvvəl qeydə alınmamış dörd gəmi dağıntısı ilk dəfə sənədləşdirilib. Onların arasında ABŞ-nin ağır kreyseri “USS New Orleans”ın burnu və Yaponiyanın “Teruzuki” esminesi də var. Bundan başqa, yüksək təsvir dəqiqliyində “USS Vincennes”, “USS Astoria”, “USS Quincy”, “USS Northampton”, “USS Laffey”, “USS DeHaven”, “USS Preston”, “USS Walke”, Avstraliyanın “HMAS Canberra” esminesi, Yaponiyanın “Yudachi” esminesi və bir desant gəmisi də qeydə alınıb.

Tədqiqat zamanı yeni texnologiyalar tətbiq olunub. Pilotsuz “BuDriX” və uzaqdan idarə olunan sualtı qayıq sistemi vasitəsilə 1000 kvadrat kilometrdən çox dəniz dibinin xəritəsi hazırlanıb, bölgənin ən detallı xəritələri çəkilib və çoxsaylı potensial dağıntı sahələri müəyyən edilib.

Xatırladaq ki, “Iron Bottom Sound” 1942-ci ilin avqust-dekabr aylarında beş böyük dəniz döyüşünə şahidlik edib. Bu döyüşlərdə 111-dən çox gəmi və 1450 təyyarə məhv olub, 20 minədək insan həyatını itirib. Buna baxmayaraq, dağıntıların əhəmiyyətli bir hissəsi hələ də tapılmayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz Tarixi və İrs Komandanlığının direktoru Samuel J. Koks bu kəşfləri “hər iki tərəfdən dənizçilərin cəsarətini və fədakarlığını xatırlamaq üçün fürsət” adlandırıb. O bildirib ki, yeni tapıntılar tarixi bilikləri daha da artıracaq və itkinlərin heç vaxt unudulmamasına xidmət edəcək.

Araşdırma çərçivəsində “NautilusLive.org” saytında 138 saatdan çox dalış prosesi canlı yayımlanıb və milyonlarla tamaşaçı, o cümlədən beynəlxalq ekspertlər, veteranlar və tarixçilər bu prosesi izləyib.

Gundelik.az

Exit mobile version