Gundelik.az Mədəniyyət və cəmiyyət I Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək
Mədəniyyət və cəmiyyət Xəbərlər

I Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək

Şəxsiyyəti müəyyənləşdirilən 3 itkin şəhid dəfn ediləcək.

Gundelik.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq nəşi müəyyənləşdirilən Cəfərov Rafiq Şirvan oğlu, Həziyev Ələddin Həzi oğlu, Sadıqov Zaur İmamqulu oğlu mayın 15-də Füzuli rayonunda dəfn ediləcək. Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbirstanlığında, digər iki şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Exit mobile version