Gundelik.az Dünya Havalar bir anda soyudu, mövsümün ilk qarı yağdı – FOTO
Dünya Xəbərlər

Havalar bir anda soyudu, mövsümün ilk qarı yağdı – FOTO

Türkiyənin Bitlis vilayətinin Adilcevaz rayonunda 4 058 metr yüksəklikdə yerləşən Süphan dağı mövsümün ilk qarı ilə ağ örpəyə bürünüb.

Gündəlik.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin mühüm vulkanik dağlarından biri olan Süphan dağının zirvəsində yağan qar ətraf ərazilərdə gözəl mənzərə yaradıb.

HAVA DAHA DA SOYUYACAQ

Ağ örtüyə bürünən dağın zirvəsi rayon mərkəzindən də görünməyə başlayıb. Bölgə sakinləri mövsümün ilk qarının xüsusilə yüksək ərazilərdə təsirli olduğunu bildiriblər. Qarşıdakı günlərdə hava temperaturunun daha da aşağı düşəcəyi gözlənilir.

“ƏSASIZ GÖRÜNTÜLƏR YARADIR”

Mehmet Said Emen adlı sakin bildirib ki, qarla örtülən Süphan dağının zirvəsi təbiət və qış mənzərələrini lentə almaq istəyənlər üçün də möhtəşəm görüntülər yaradıb.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version