Gundelik.az Mədəniyyət və cəmiyyət Həyatın ritmini yenidən tapmaq – Şəxsi İnkişaf Kouçu Nərgiz Məmmədova ilə söhbət
Mədəniyyət və cəmiyyət Müsahibə

Həyatın ritmini yenidən tapmaq – Şəxsi İnkişaf Kouçu Nərgiz Məmmədova ilə söhbət

Zaman dəyişdikcə insanın özünü tanımaq, ruhunu dinləmək, daxili balansını qorumaq ehtiyacı daha da artır. Müasir həyatın sürəti çoxlarını yorur, lakin bu axının içində dayanıb “Mən kiməm, nə istəyirəm?” sualını verənlər də az deyil. Elə bu məqamda həyat kouçları insanın öz gücünü yenidən kəşf etməsində, məqsədlərinə doğru inamla addımlamasında bələdçi rolunu oynayır.

Bu gün söhbətimiz məhz belə bir bələdçi – NAN Akademiyasının təsisçi-direktoru Nərgiz Məmmədova ilə olacaq. O, insan psixologiyasını dərinliklərinə qədər anlayan, motivasiya və özünüinkişaf sahəsində illərin təcrübəsinə malik bir mütəxəssisdir. Nərgiz xanımın yanaşması sadəcə motivasiyadan ibarət deyil – o, hər bir insanın iç dünyasına səyahət edərək, oradakı potensialı üzə çıxarmağa, insanı “öz gerçək məninə” qovuşdurmağa çalışır.

Söhbətimizdə şəxsi inkişafın sirlərindən, həyat balansının bərpasından, məqsədlərə doğru irəliləməyin effektiv üsullarından və özünə inamın necə formalaşdığından danışacağıq. Nərgiz xanım bizə yalnız nəzəri biliklər deyil, illərlə formalaşmış təcrübə və həyat hekayəsindən süzülmüş dəyərləri də paylaşacaq.

Müsahibəni Gundelik.az oxucularına təqdim edirik:

Nərgiz xanım, sizsə kouç və psixoloq arasında əsas fərq nədədir?

–Psixoloq insanın keçmişini, travmalarını, emosional yaralarını və psixoloji vəziyyətini araşdırır.

Daxili ağrıları, qorxuları və davranış pozuntularını anlamaq və aradan qaldırmaqdır. Kouç insanın indiki vəziyyətindən başlayaraq gələcəyinə fokuslanır. Potensialını kəşf etmək, məqsədləri müəyyənləşdirmək və irəliləməyə dəstək olur.

İnsanlar ən çox hansı mövzularda motivasiya çatışmazlığı yaşayırlar?

– İnsanlar işə həvəslə başlayır, nəticə gec görünəndə isə motivasiya çatışmazlığı yaşayır. 100 insandan 99-u ilk uğursuzluqlarda vaz keçir məqsədlərindən. Uğurlu olanlar isə həmin o 1 insan davamlılıq göstərir və məqsədinə çatır. Özünə inamsızlıq və mükəmməlliyətçilik  motivasiyanın qarşısını alır.

Sosial şəbəkələrdə paylaşımlarınız insanlara necə təsir edir–  geri dönüşlər sizə nə verir?

–Sosial şəbəkələr mənim üçün sadəcə paylaşım platforması deyil, insanlarla bağ qurmaq yeridir. Orada etdiyim hər paylaşım birinin düşüncəsinə, enerjisinə və bəzən də qərarına toxunur. Geri dönüşlər çox vaxt belə olur: Biri yazır ki, “sizin paylaşımınlzı izlədim və elə bil mənim üçün danışırdınız. Bu hiss, yəni kiməsə güc vermək, ilham olmaq  mənim üçün ən böyük motivasiyadır. Ən maraqlısı da bu proses təkcə izləyiciləri deyil, məni də dəyişdirir. Hər dəfə yeni bir paylaşım hazırlayanda öz fikirlərim daha da aydınlaşır, özüm də böyüyürəm.

 Gundelik.az  oxucularına şəxsi inkişaf yolunda bir cümləlik motivasiya mesajınız nə olardı?

– Özünü başqaları ilə müqayisə etmə. Sənin yolun, sənin sürətin və sənin işığın fərqlidir. Uğur  təkcə nəticə deyil. Hər dəfə qorxuna baxıb irəliləmək, hər dəfə özünə inanmaq da uğurdur. İrəlilə…

Maraqlı müsahibə üçün Nərgiz xanım Məmmədovaya təşəkkür edirik.

Aynur Turan

Gundelik az

 

Exit mobile version