3 May Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü…
Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gen əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində , sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideyallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.
Mən öz işimdə mətbuata həmişə dəstək verməyə çalışıram. Bu gün də bu siyasəti aparıram. Hesab edirəm ki, qəbul edilmiş qərarlar bunun əyani sübutudur. Gələcək fəaliyyətimdə də çalışacağam ki, Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarına öz köməyimi, dəstəyimi verim. Mən əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işinə KİV-in çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Özünü ifadə etmək, qəlbləri rahat qoymayan söz azadlığı hər yerdə dəbdə olan bir tələbə çevriləndə, nəhayət, fikir və düşüncə azadlığı sahəsində “partlayış” üçün siyasi və iqtisadi şərait yetişdi. İnsanların düşüncə tərzində və hərəkətində çevriliş baş verdi. Söz və öz azadlığı üçün meydan istədi. İlahi sözün çağrışları dünyanın bütün guşələrində milyonlarla insanı ayağa qaldırdı. Mətbuat bu azadlığı məmləkət-məmləkət, şəhər-şəhər, kənd-kənd, ev-ev daşıyan, insanlar arasında yayan qanadlı quşa çevrildi. Bundan sonra sözün gücü bütün silahdan daha qüdrətli oldu.
(Dünyada ilk qəzetlər) Eramızdan əvvəl 59-cu ildə Yuli Sezar əmr verdi ki, senat iclasları, Romada baş verən digər hadisələr haqqında məlumat verən protokollar ictimai yerlərdən asılsın. Bu cür məlumatlar gipsdən hazırlanmış lövhələr üzərində qara şiriftlə yazılırdı. Bu prokotollar ilk qəzet nümunələri idi. Orta əsrlərin qapalı həyatında heç belə qəzetlər də yox idi. Yeni xəbərlər çox vaxt uzaq ölkələrə səyahət edən ticarətçilər tərəfindən yayılırdı. Orta əsrlərin sonlarından ölkədaxili və ölkəxarici əlaqələrin genişlənməsi qəzetə olan təlabatı artırır. Leyşikdə bank işçiləri əlyazma qəzet buraxmağa başladılar. Bu qəzetlər bir neçə nüsxədə olurdu. Hər bir oxucu qəzeti pulla aloa bilərdi. Venesiyada isə xəbərlər əlyazma vərəqlərində çıxırdı. Bu əlyazmalar meydanlarda asılırdı.Venesiya iılə Türkiyə arasında gedən müharibə zamanı isə bu əlyazmalar hər ay meydanda xüsusi adamlar tərəfindən ucaqdan oxunurdu. Dinləyicilərdən bir qazetta (İtaliyada xırda pul) alırdılar. Bir çox alimlər qəzet sözünün elə məhz buradan əmələ gəldiyi güman edirlər. Artıq XVI əsrin ikinci yarısından Almaniyada ixtisaslı qəzet üzü köçürənlər meydana gəlmişdi. Almaniyada qəzetlər maraqlananlara xüsusi ödənişlə göndərilirdi. Bu qəzetlərdə nəinki real hadisələr, həmçinin uydurulmuş hekayələr də verilirdi.
Artıq 1566-cı ildən Strasburq və Bazeldə həftəlik qəzetlər çıxmağa başladı.
Ümumiyyətlə, qəzet çapı o dövrlərdə təhlükəli idi. Qəzetlər və qəzetçilər təqiblərə məruz qalıb çəzalandırılırlar. Məsələn, 1652-cü ildə IX Karl, Fransa kralı XIII Lüdovik və digərləri öz hakimiyyətləri dövründə qəzet çıxarmağı qadağan etmişdilər. Lakin bütün bu çətinliklərdən keçərək qəzetlər özlərinə yol açır. Hazırda isə qəzet dünyada ən çox yayılmış çap məhsuludur.
Xalqın şanlı tarixi salnaməsi-mətbuat
Əsrlər boyu insanlar doğru, ədalətli və ucadan söylənən cəsarətli sözə ciddi ehtiyac duyublar! Əsrlər boyu doğru, ədalətli sözü açıq və ucadan söyləmək çətin, qorxulu, bəzən isə qeyri-mümkün olub. Haqq və ədalət, xoş güzəran naminə yorulmadan çarpışan insanlar azad sözü-həqiqət saydıqları sözü, qorxu-hürküsüz, azad şəkildə deyə bilmək uğrunda da mübarizə aparıblar. Tarixin müəyyən mərhələlərində insanlar buna nail olsalar da, bir çox hallarda dillərindən bəlaya düşmüş, söylədikləri sözə və fikrə görə təqib edilmiş, müxtəlif formada cəzalandırılmış, bəzən isə zindanlara atılmışlar. Lakin bəşər övladı bu yoldan usanmamış, qorxub geriyə çəkilməmişdir. Sivilyasiya inkişaf etdikcə, cəmiyyətin və dövlətin idarə olunması təkmilləşdikcə artıq azad söz daşıyıcısı sayılan mətbuatın sərbəst və maneəsiz fəaliyyətinə də imkan yaradılmasına nail olmuşdur. Buna qədər isə mətbuat qadağa və repressiyalardan keçmiş senzura nəzarətinə dözməli olmuş, bəzən isə “icazə verilən həddə” azadlıq və sərbəstlik göstərmişdir.
Bəşəriyyət bunu bir tarix olaraq yaşayıb başa vurmamışdır. Sözün, əslində, həqiqətin ifadəsinin bir insan haqqı olması uğrunda mübarizə bir an belə dayanmamışdır. Bu günümüzün özündə belə azad söz və azad mətbuat hələ də insan azadlıqlarının müdafiəsi yolunda savaşdadır. Nahaq demirlər ki, siyasətçilərin və məmurların istəklərindən asılı olmayaraq, XXI əsr vətəndaşlarının öz fikir və mülahizələrində, jurnalistlərin isə özlərinin siyasi hakimiyyətin təsir dairəsindən kənarda qalmaq, peşələrində azad olmaq hüququ uğrunda kəskin mübarizə dövrü kimi tarixə düşməkdədir.Yalnız bu şəraitdə jurnalist obyektiv faktları və mühakimələri insanlara çatdıra, öz baxışını və mövqeyini qoruya bilər. Azərbaycanın siyasi həyatında söz azadlığı uğrunda mücadilələr müxtəlif tarixi mərhələlərdən adlayıb keçir. 141 yaşlı mətbuat da, onun əsas silahı olan söz də, azadlıq düşüncə də həqiqi azadlığa, sözün əsl mənasında, yalnız XX əsrin sonlarında qovuşdu. Azərbaycanın, xalqın azdlıq savaşında cəmiyyətin bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə söz fədailəri oldular. Xalqın tarixinin qərinələrindən gələn azadlıq və müstəqillik arzuları sözün qüdrəti ilə mücadilə bayrağına, ən kəskin silaha çevri ldi. Dünənə qədər sözü azadlıqdan məhrum edən imperiya qulları ölkədən qovulandan, müstəqilliyin ilk qələbələri, azadlığın ilk müjdələri gələndən sonra hakimiyyət başına keçənlər yenidən sözə həbs cəzası kəsmək istədilər. Haqqın carçıları sözün qüdrəti ilə azadlıq qazandıqları ölkədə döyüldülər, təhqir olundular, amma sözün məhbəsə məhkum olmasına imkan vermədilər. Mübarizə dayanmadı, sözün azadlıq savaşı bitmədi.
Azad ölkədə azad sözün qüdrətini və dəyərini bilən söz sahibi xalqın sözünü eşidib, tələbini qəbul edib hakimiyyətə gəldi. Gəldi ki, Azərbaycanı yenidən boyunduruğa salıb imperiya köləsinə çevirməsinlər.
Dünyaya gələndə insanın ən yaxşı bildiyi şey qidalanma, bir də müxtəlif formada səslər çıxarma (buna ətraf aləmə reaksiya da demək mümkündür) olur. Bunlardan biri onun bioloji varlıq kimi yanaşmasına, digəri isə ətrafdakılarla əlaqə qurmasına kömək edir. Ərzaq növlərinin dəyişməsini nəzərə almasaq, qida qəbulu mahiyyətcə dəyişməz qalır. Zaman keçdikcə cəmiyyətlə yaratmağın isə təkcə forma və üsulları yox, bəzən hətta mahiyyəti də dəyişikliyə uğrayır. Buna elm və texnikanın inkişafı da güclü təsir göstərir. Məsələn, artıq insanlar ünsiyyət qurmaq üçün qabaq-qənşər durub söhbətləşməyə məcbur deyillər. Bir-birilə məsafədə danışmaq (telefonla), təsvirlərini seyr etmək (televiziya), fikirlərini yazılı şəkildə çatdırmaq (faks və internet) imkanını da qazanıblar. Bütün bunlara qədər isə istədiklərini sözlərlə söyləməyi, cümlə qurmağı, düşünməyi və düşüncələrini müəyyən formada ifadə etməyi də öyrənməlidirlər.
Heç olmaz ki, doğru söz yerdə qalsın.
H.B.Zərdabi,
Maarifçi
Hər bir millərin dininin, dövlətinin, ədəbiyyatının tarixi olduğu kimi kitabın da tarixi var. Azərbaycanlılar üçün kitab, yazı anlayışları az qala xalqın özü qədər qədimdir və and yeri anlamlarını da əhatə edən çox geniş bir məzmun daşıyıb. Kitab xalqın gözündə uludur, ilahinin yerə göndərdiyi nemətdir. Çörəklə yanaşı tutulur və tanrı ilə birgə kitaqba da and içilir: “Tanrı haqqı, kitab haqqı!”
Nə vaxt, harada yaranıb, azərbaycanlıların ilk kitabı? İndi Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərin Yazılı daşlarındamı, Gəmiqayadamı, yoxsa Qobustan qayalarındamı?
Hər halda bu qayalar da Azərbaycanın ilk kitablarındandır və ən azı on min il əvvəlin sirrini-sözünü yaradırlar. Babalarımızın bizə, gələcəyə yazdıqları bu daş məktubları hələ oxuya bilməmişik. Sonralar Azərbaycanda çox kitablar yaranıb; daşla, ağacla, dəmirlə, mıxla, nəhayət, lələklə və metal qələmlərlə yazılb bu kitablar.
Dünyanın ən qədim yazı və əlifba üsullarının birinin adının türkcə olması babalarımızın yazı və kitab sənətinə verdiyi böyük önəmin göstəricisidir. Dünyanın “mixi yazı” (mıx yazısı) kimi qəbul etdiyi əlifba əslində türklərin icadıdır. Qədim Şumerdə gil üstündə mıxla yazıldığına görə belə adlandırılıb. Və sonralar ərəblərin dilinə bu söz “mismari yazı” kimi tərcümə olunub.
Əgər Azərbaycan kitabı deyəndə, əlyazmalarını da nəzərə alsaq, onda minillərin tarixini vərəqləməliyik. Azərbaycan əlyazma kitabı bütün mədəniyyət yolumuzun yoldaşı olub. Lakin bu bukletdə əlyazmadan yox, sənaye, mətbəə üsulu ilə hazırlanmış ilk Azərbaycan çap kitabından söhbət gedir. İlk nəşrimizin də çox maraqlı və qədim bir tarixi var.
Azərbaycanlı müəllifin mətbəə üsulu ilə çap olunmuş ilk kitabının ünvanı Romadır və həmin tarixdən 400 il keçir. Azərbaycan ərazisində isə ilk mətbəə təqribən 200 il əvvəl Təbrizdə yaradılıb və çap etdiyi ilk kitab da Füzulinin “Leyli və Məcnun” udur.
Hər iki hadisə Azərbaycan kitab mədəniyyətinin dönüş nöqtələridir. Və anılmağa, qutlanmağa, bayram edilməyə layiqdir. Xalqımızın mənəviyyat, mədəniyyət pasportu olan kitablarımızın tarixi ilə hər birimiz fəxr edə bilərik.
Dahi Nizami Gəncəvinin “tükənməz mənəvi qida” adlandırdığı kitab bəşəriyyətlə birlikdə inkişaf edib, zəngin və maraqlı tarixi yol keçmışdir. Klassiklərin qiymətli dəfinə hesab etdiyi kitabın meydana çıxması üçün yazı materialları əsas meyar olmuşdur.
İnsanlar arasında həyat və məişət tələbatından irəli gəlmiş və müxtəlif tarixi mərhələlərdə piktoqrafik, ideoqrafik, sillaboqrafik, mixi (şumerlərin yazısı), qrafik (respublikamızda Qobustan qaya təsvirlərində rast gəlinir, fonoqrafik yazı formaları yaradılmışdır. Onların nümunələri əsasən daş, qaya, sümük, metal, gil üzərində yazı və rəsmlərdə, qəbir kitabələrində, memarlıq abidələrinin, ev əşyalarının, bəzək şeylərinin üzərindəki yazılarda bizə gəlib çatmışdır. Əlifbanın yaranıb təşəkkül tapması isə fonoqrafik yazının meydana gəlməsindən sonrakı dövrlə bağlıdır.
Azərbaycanda yazı və əlifba bir neçə tarixi mərhələ keçmişdir. Hələ qədimdən respublikamızın ərazisində mixi yazısından istifadə olunmuşdur. Türk xalqlarının, o cümlədən azərbaycanlılarının əcdadı olan qədim türklər hələ eramızın ilk əsrlərində Orxon-Yenisey, qədim uyğur və s. əlifbalardan istifadə etmişlər. V əsrin birinci rübündə alban əlifbası meydana gəlmişdir. XV əsrə aid bir dərslikdə yunan, latın, ərəb, gürcü əlifbaları ilə yanaşı 52 hərfdən ibarət alban əlifbası da verilmişdir.
Yazı materialları kimi əvvəlcə gil lövhələrdən, sonralar isə papirus və perqamentlərdən istifadə edilmişdir. 21 səhifədən ibarət olan “Avesta” 12 min inək dərisində yazılmışdır. XV əsrdə ilk kitab çarçısı İhohan Qutenberq “Tövrat” ın hər nüsxəsinin çapı üçün 170 buzov dərisindən istifadə etmişdir. Eramızın birinci əsrində Çində daha əlverişli və ucuz yazı materialı olan kağız meydana gəlmişdir.
Əlyazma kitabları hər il xalqın yaratmış olduğu mənəvi sərvət xəzinəsində şərəfli yerlərdən birni tutur. Azərbaycan əlyazma kitabının inkişafı kağız istehsalının geniş vüsət alması ilə sıx bağlıdır.
X-XI əsrlərdə artıq “Dədə Qorqud” dastanı yazıya köçürülmüşdür. XV-XVI əsrlərdə “ Kitabi Dədə Qorqud” adı ilə yenidən qələmə alınmış bu dastan yenidən hazırda Drezden və Vatikan kitabxanalarında mühafizə olunur. Dünyanın ayrı-ayrı kitab xəzinələrində mühafizə olunan Azərbaycan əlyazma kitablarından ən qədimləri XIII ərə aiddir…
Tarixi inkişaf kitaba olan ehtiyac və təlabatı ödəmək üçün insanları kitab mədəniyyəti sahəsində mütərəqqi üsullar axtarmağa kömək etmişdir. Avropa ölkələri arasında İtaliya öz qədim mədəni və elmi irsi ilə sivilizasiyanın başında dururdu.
Göründüyü kimi, 400 il tamam olan ilk Azərbaycan çap kitabı Azərbaycandan çox uzaqlarda ərəb dilində çap olunmuşdur.
Sərgidə yer alan kitablardan biri “İlk Azərbaycan kitabı” adlanır. Oxuculara təqdim olunan bu kitab Azərbaycanda ilk çap kitablarının yaranma tarixindən bəhs edir.
Sərgidə yer alan digər kitab “Azərbaycan mətbuatı tarixi” kitabıdır. Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün bütün çətinliklə birgə özünün növbəti inkişaf mərhələsini yaşayır. Akif Aşırlının qələmə aldığı “Azərbaycan mətbuatı tarixi” (1875-1920) kitabı müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib. Sonuncu dəfə “Azərbaycan mətbuatı tarixi” kitabının 1974-cü ildə çap olunması nəzərə alınsa, müəllifin qarşılaşdığı çətinliklər aydın görünər. Milli mətbu irsimiz barədə yazılan axtarışları hesabına ərsəyə gələn “Azərbaycan mətbuatı tarixi” (1875-1920 kitabı problemin həllinə cəhd kimi dəyərləndirməlidir. Müəllif kitabın qüsurlarından xali olduğu iddiasında deyil və bu yöndə tədqiqatlarını aparmaq fikrindədir.
Sərgidə yer alan digər kitab isə “Heydər Əliyev və mətbuat” adlı IV cildli kitabıdırdır. Dördcildlik kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin çoxcəhətli içtimai-siyas fəaliyyətinin bir cəhəti-1990-2003-cü illər ərzində ölkə daxilində, eləcə də rəsmi səfərlər zamanı xaricdə kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri öz əksini tapmışdır.
Dünya səviyyəli siyasi xadim və müdrik dövlət başçısı Heydər Əliyevin mətbuatla sıx əlaqəsini işıqlandıran materiallar imtimai-siyasi fikir tariximizlə maraqlanan oxucular, politoloqlar və siyasətşünaslar üçün fundamental tədqiqat mənbəyidir.
Cəhalət və zülmət dünyasını nurlandıran məşəl-Mətbuat
Kütləvi informasiya vasitələri (KİV) hər bir ölkədə ictimai fikri formalaşdıran bir institutdur. Bu baxımdan bəzən “media” adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda “dördüncü hakimiyyət” adlandırırlar. Lakin KİV o zaman dördüncü hakimiyyət funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul etdilər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara almışdır.
1993-cü ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilən əlamətdar gün Azərbaycanada da qeyd olunur.
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.
Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.
Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır.
XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də YUNESKO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərmişdir.
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunmuşdur.
Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atmışdır.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkşafı üçün əlverişli mühit yaradılmağa başlanmışdır.
Ulu öndər Heydər Əliyevin “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlanmışdır.
Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ləğv edilməsi, qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları ilə, o cümlədən orden və medallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olmuşdur.
2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmişdir.
Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynamışdır.
Ümummilli liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2005-ci il mayın 31-də Milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olmuşdur.
Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Bu sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlətimizin başçısının Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addım olmuşdur.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da dediyi kimi Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) yaradılmasının əsas məqsədi və fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.
Ölkə mətbuatının daha da inkişafını təmin etmək üçün Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək azadlığı haqqında” qanunlara bir sıra mütərəqqi dəyişikliklər etmişdir.
Ölkə rəhbərliyinin milli mətbuatımıza göstərdiyi diqqət və qayğı Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) də fəaliyyətinə öz əhəmiyyətli təsirini göstərmişdir.
Prezident İlham Əliyevin AZƏRTAC-ın əməkdaşlarının yüksək fəxri adlar, medallarla təltif olunması barədə 2010-cu il fevralın 26-da imzaladığı Sərəncamlar, eləcə də AZƏRTAC-ın 90 illik yubileyinin geniş qeyd olunması bu diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısının 2010-cu il aprelin 22-də imzaladığı “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Fəaliyyətinin Təkmilləşdirilməsi haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mətbuatın fəaliyyətinin yüksək qiymətləndirilməsinə nümunədir.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməmişdir. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Peşəkar jurnalistlər ölkədə və onun xaricində baş verən ictimai, siyasi, mədəni hadisələri tam obyektiv işıqlandırır, onları təhlil edir və oxucuya qərəzsiz, düzgün çatdırırlar. Belə jurnalistlər ictimai-siyasi, iqtisadi, mədəni, elm və texnika sahələrindəki nöqsanları qərəzsiz mövqedən açır, göstərir və onların həlli istiqamətində araşdırmalar aparırlar.
Xalqa xidmətin ən yüksək zirvəsi
3 may-Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını almışdır. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.
Hər bir ölkənin mədəniyyətinin inkişafı ədəbiyyatın inkişafı ilə bağlı olduğu kimi, onun siyasi vəziyyəti də mətbuat azadlığı ilə bağlıdır. O xalq xoşbəxt və azaddır ki, onun mətbuatı azad və müstəqil olsun.
Mühüm milli qüvvələrdən biri olan olan mətbuat, cəmiyyət həyatında çox böyük rola və əhəmiyyətə sahib olmaqla bərabər, eyni zamanda dördüncü hakimiyyət hesab olunur. Buna görə də, kütləvi informasiya vasitələri xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Hökumətin fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, nöqsanları açıb göstərən də məhz mətbuat hesab olunur. Buna görə də, müstəqil dövlətlər yerli mətbuata xüsusi önəm verir, onun heç bir qüvvədən aslı olmadan, yalnız demokratik dəyərlərə xidmət etməsinə diqqət yetirir. Kütləvi informasiya vasitələri elmi, siyasi və bəşəri informasiyanı çoxaldır ki, bu da insanların zehninin işıqlanmasına səbəb olur.
“Söz və mətbuat azadlığı dedikdə, zənnimcə ilk növbədə məsuliyyət hissi əsas amil kimi nəzərə alınmalıdır. Çünki söz azadlığı, mətbuat azadlığı o demək deyil ki, hər kəs istədiyini yaza, istədiyi fikri bildirə bilər. Təbii ki, təkcə mətbuat orqanları, KİV nümayəndələri yox, hər birimiz azərbaycanlı olaraq, məsuliyyət hissini unutmamalı və bu hissdən çıxış edərək, hərəkət etməliyik”.
Ona görə də, bugünkü jurnalist təşkilatları, müxtəlif dövlətlər söz azadlığı ilə bərabər, eyni zamanda reket jurnalistika ilə də mübarizə aparırlar. Bunun üçün dünya dövlətlərinin, o cümlədən Azərbaycanın da qatıldığı tədbirlər keçirilir, ölkədə şəffaf, müstəqil, eyni zamanda xalqdan başqa heç kimə xidmət etməyən mətbuatın inkişafı üçün mübarizələr aparılır. Belə addımlardan bir 1991-ci il mayın 3 də Namibiyanın paytaxtı Vindhukda atılıb. Regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi” i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü “Beynəlxalq söz və mətbuat azadlığı günü” kimi qeyd etməyi qərara alıb.
Müasir dünyada elmi-texnikanın inkişafı sürətli qloballaşmaya və dünya xalqları arasında əlaqələrin genişlənməsinə kömək etməklə yanaşı, həm də yeni anlayışlar və informasiyalar yaradır.
Yeni informasiyaların alınması və müasir terminologiyanın mənilməsənilməsində bir çox dünya ölkələri ilə yanaşı, Azərbaycanda da mühüm işlər görülməkdədir.
Hamımızın azadlığı, söz azadlığı
Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir. Ona görə mətbuatın elmi-nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şəhri də diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən maraqlı fikirlər söylənmişdir. İş elə gətirmişdir ki, mətbuata, onun əhəmiyyətinə dair ilk qiymət verib fikir söyləyən qələm əhli də elə şair, yazıçı və publisistlər olmuşlar. Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran, onun ümumi mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və ədəbiyyat xadimləri olmuşlar. F.Köçərli, Ə.Ağayev, M.Şaxtaxtlı, M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir.
Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarı ilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli inqilabın yeni mərhələsinitəmsil edən “Əkinçi” qəzetnin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın kamilləşməsinə, maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Mətbuat demokratiyaya aparan ən kəsə yoldur. Demokratik dövlət quruculuğu prosesini əsas prioritet qəbul edən Azərbaycan mətbuatın bu xarakterini, bu xidmətini yüksək qiymətləndirir və jurnalistikanın, mətbuat azadlığının inkişafına önəm verir.
Ümumbəşəri işıqlı ideyalar qalereyası olan Həsən bəy Zərdabi
Azərbaycan xalqının mədəniyyət tarixinə görkəmli şəxsiyyət kimi daxil olan Həsən bəy Zərdabi 40 ildən artıq bir dövr ərzində öz xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən əzmlə mübarizə aparmışdır. Həyatının mənasını xalqın səadəti uğrunda mübarizədə görən Zərdabi zəngin və çoxcəhətli həyat yolu keçmişdir. Bu böyük mübariz elm fədaisi öz qarşısında Azərbaycan xalqını cəhalət və avamlıqdan xilas etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün maarifi əsas vasitə seçmişdi. Mövhumat və orta əsr geriliyinin hökm sürdüyü, xalqımızın çəhalət və zülmət içərisində boğulduğu bir dövrdə Zərdabi ilk maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün axırınadək bu məşəli əlindən yerə qoymamışdır. “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”-deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur. O, haqlı olaraq, Azərbaycanda ana dilində təhsilin, qadın təhsilinin Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir. Həsən bəy Zərdabinin 1875-1877-ci illərdə olmazın çətinliklər bahasına nəşr etdiyi “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı bu rolu, keçən əsrin 50-60-cı illərində “Kolokol” qəzeti və “Sovremennik” məcmuəsinin rus həyatında oynadığı mütərəqqi rolla müqayisə etmək olar. “Əkinçi” qəzetinin nəşri xalqımızın mədəni tərəqqisində irəliyə doğru atılan mühüm bir addım idi. Həsən bəy Zərdabi qəzetin vəzifələrindən bəhs edərək, onun ilk nömrələrində yazmışdır: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.” “Əkinçi” qəzeti öz nəşri illərində bu vəzifələri layiqincə yerinə yetirmişdir. Az bir vaxtda o, Azərbaycanda qabaqcıl ideyaların carçısına çevrilmişdir. “Əkinçi” qəzeti ətrafına toplanmış mütərəqqi ziyalılar-maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf Bəy Vəzirov, Əhsənül-Qəvvaid, Əsgər ağa Görani və başqaları mürtəce qüvvələrə qarşı cəhalət və zülmətə qarşı, avamlıq, gerilik, mühafizəkarlığa qarşı kəskin mübarizə aparmışlar. “Əkinçi” qəzeti yerli feodalların təhriki və müstəmləkəçi çar məmurlarının təkidi ilə bağlandığından sonra da Həsən bəy Zərdabi öz qızğın maarifçilik fəaliyyətini davam etdirmişdir. O, “Ziya”, (“Ziyayi-Qafqaz”), Tiflisdə çıxan “Qafqaz”, “Novoye obozreniye”, Bakıda nəşr olunan “Kaspi” və başqa qəzetlərə müntəzəm surətdə məqalələr yazaraq, bir tərəfdən kəndliləri “zəli kimi soran” qolçomaqları, kəndxudaları, kəndlilərin avamlığından istifadə edib onları aldadan və amansız surətdə istismar edən mollaları, müridləri, şeyxləri, rüşvətxor çar məmurlarını və başqa çəhalətpərəstləri özünə məxsus bir cəsarətlə ifşa etmiş, digər tərəfdən kəndlilərə öz hüquqlarını başa düşməyə, hər cür zülmə müti qul kimi dözməməyə, istismarçılığa qarşı müqavimət göstərməyə çağırmışdır.
1875-ci il iyul ayının 22-də “Əkinçi”nin 1-ci sayı çap olunduqdan sonra H.Zərdabi mətbuatımızın banisi kimi tarixə düşdü…“Əkinçi”!.. Bu sözü həyəcansız, ürək çırpıntısı keçirmədən tələffüz etmək qeyri-mümkündür. Bu sözdə hər bir Azərbaycan vətəndaşı üçün nə qədər böyük müqəddəslik və doğmalıq var!.. “Əkinçi” müstəqil Azərbaycanın, onun dilinin, xalq nəğmələrinin poeziyanın, ədəbiyyatının, tarixinin ən gözəl emblemidir. O bütün Azərbaycan xalqının əksidir, təyinatıdır, azad əməyə sevgisidir, enerjisidir, ideyaları və ideyallarıdır!.. “Əkinçi” və Həsən bəy Zərdabi xalq yaddaşında və tarixdə elə çulğaşıb ki, onları bir-birindən ayırmaq mümkün deyil. Onlar birlikdə və ayrılmaz formada Azərbaycanın və bütün Qafqazın mədəniyyətinin və maarifinin, iqtisadiyyatının inkişafı tarixində, siyasi həyatında şərəfli yerlərdən birini tutur. H.Zərdabi özünəməxsus enerji və cəsarətlə doğma dili müdafiə etdi. “Əkinçi”nin təkcə forması, dili deyil, məzmunu da diqqəti özünə çəkirdi. Qəzet Rusiya, Qafqaz və xarici ölkələrlə bağlı bütün xarici və daxili məsələlərə öz səhifəsində yer verirdi…
“Əkinçi” nin məram və məqsədləri qəzetdə bu cür təqdim olunurdu:
“Əkinçi”–tərbiyəçi olub xalqın xoşbəxtliyi haqqında düşünür, xalqın maariflənməsinə çalışır;
“Əkinçi”–bələdçi olub dünyəvi elmlərin öyrənilməsinə və insanları işığa, yaxşılığa səsləyir;
“Əkinçi”-bir ayna kimi bütün əyrilikləri göstərir, təmizliyin, səadətin, xoşbəxtliyin yoluna işıq tutur;
“Əkinçi”-bir həkim kimi insanları acı dərmanlarla nadanlıq xəstəliyindən müalicə edir ki, bizdən sonra gələnlər nadanlıq mərəzinə tutulmasınlar…
Bəli, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına-xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin böyük çarçısı oldu. Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. “Əkinçi” nin mürəttibi Minasovun donosları nəticəsində “Əkinçi” qapandı. “Əkinçi” bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı… “Əkinçi” nin davamçısı türk dilində ikinci qəzet olan “Tərcüman” (1883-1919) Həsən bəyin dostu böyük türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi qarşıladı…
Xalqın səadəti, maariflənməsi yolunda çalışıb mübarizə aparanlar heç vaxt unudulmur. Zərdabi belə bir mübarizlərdən idi.
Bu gün siz çoxlu qəzetlər görür və oxuyursunuz. Onlar gözəl formada, nəfis tərtibatda hətta bəziləri rəngli çap edilirlər. Bəs ilk qəzetlər necə olub. Əlyazma formasında olan qəzetlər lövhə şəlklində olduğundan bu qəzetlər ictimai yerlərdə asıplırdı. Sonralar papirus və perqament yarandıqdan sonra –bir nəfər mətni ucadan diktə edir, qalanlar isə sürətlə yazırdı. “Qəzet” sözü indiki mənada fransız naşiri Renodonun 1631-ci ildə Paridə “La Qazetta” adlı dövri nəşri buraxdığı vaxtdan geniş yayılmağa başladı.
Rusiyada ilk qəzet 1702-ci ildə I Pyotrun fərmanı ilə çap olunmağa başlayan “Vedemosti” olub.
Azərbaycanda isə XIX əsrin I yarısında bəzi qəzetlər çıxsa da, Azərbaycan dövri mətbuatının əsasını 1875-ci ilin iyunun 22-də nəşr olunmağa başlayan “Əkinçi” qoyulub.
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi” i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.
Kütləvi informasiya vasitələri (KİV) hər bir ölkədə ictimai fikir formalaşdıran bir institutdur. Bu baxımdan bəzən “media” adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox halarda “dördüncü hakimiyyət” adlandırırlar. Lakin KİV o zaman “dördüncü hakimiyyət” funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqət mərkəzində saxlayırlar. 1991-ci il mayın 3-də Namilbiyanın paytaxtı Vindukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərini mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplanmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərini mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi” ini qəbul etdiər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azaqdlığı Günü kimi qeyd etməyi qərar almışdır.
Mətbuat xalqın ucadandanışanıdır
Bəşəriyyət bunu bir tarix olaraq yaşayıb başa vurmamışdır. Sözün, əslində, həqiqətin ifadəsinin bir insan haqqı olması uğrunda mübarizə bir an belə dayanmamışdır. Bu günümüzün özündə belə azad söz və azad mətbuat hələ də insan azadlıqlarının müdafiəsi yolunda savaşdadır. Nahaq demirlər ki, siyasətçilərin və məmurların istələrindən asılı olmayaraq, XXI əsr vətəndaşlarının öz fikir və mülahizələrində, jurnalistlərin isə özlərinin siyasi hakimiyyətin təsir dairəsindən kənarda qalmaq, peşələrində azad olmaq hüququ uğrunda kəskin mübarizə dövrü kimi tarixə düşməkdədir.Yalnız bu şəraitdə jurnalist obyektiv faktları və mühakimələri insanlara çatdıra, öz baxışını və mövqeyini qoruya bilər. Azərbaycanın siyasi həyatında söz azadlığı uğrunda mücadilələr müxtəlif tarixi mərhələlərdən adlayıb keçir. 150-yə yaxın yaşı olan mətbuat da, onun əsas silahı olan söz də, azadlıq düşüncə də həqiqi azadlığa, sözün əsl mənasında, yalnız XX əsrin sonlarında qovuşdu. Azərbaycanın, xalqın azdlıq savaşında cəmiyyətin bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə söz fədailəri oldular. Xalqın tarixinin qərinələrindən gələn azadlıq və müstəqillik arzuları sözün qüdrəti ilə mücadilə bayrağına, ən kəskin silaha çevri ldi. Dünənə qədər sözü azadlıqdan məhrum edən imperiya qulları ölkədən qovulandan, müstəqilliyin ilk qələbələri, azadlığın ilk müjdələri gələndən sonra hakimiyyət başına keçənlər yenidən sözə həbs cəzası kəsmək istədilər. Haqqın carçıları sözün qüdrəti ilə azadlıq qazandıqları ölkədə döyüldülər, təhqir olundular, amma sözün məhbəsə məhkum olmasına imkan vermədilər. Mübarizə dayanmadı, sözün azadlıq savaşı bitmədi.
AYNUR TURAN
“Göy Qurşağı” jurnalının redaktoru
Gundelik.az

