Gundelik.az Dünya Gürcüstan 78 əcnəbini deportasiya etdi
Dünya Siyasət Xəbərlər

Gürcüstan 78 əcnəbini deportasiya etdi

Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, Azərbaycan vətəndaşları da daxil olmaqla, 78 əcnəbini deportasiya ediblər.

Gundelik.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşları Gürcüstandan çıxarılıb.

Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.

Exit mobile version