ABŞ Prezidenti Donald Trump dedi ki, İranın neftini “almaq” istəyir və ölkənin əsas ixrac mərkəzi olan Hark Adasının ələ keçirilməsi variantlar arasında ola bilər. Trump, Financial Times qəzetinə verdiyi müsahibədə, üstünlüyünün “İranın neftini almaq” olduğunu bildirib və mümkün bir addımı Venesuela nümunəsi ilə müqayisə edib.
Prezident Trump bildirib:
“Düzünü desəm, ən çox istədiyim şey İranın neftini almaqdır, amma ABŞ-da bəzi axmaq insanlar ‘Bunu niyə edirsən?’ deyirlər. Amma onlar axmaqdırlar.”
ABŞ-ın bölgədə hərbi varlığını artırdığı bir dövrdə Trump deyib:
“Bəlkə Hark Adasını alarıq, bəlkə almarıq. Çox variantımız var. Bundan başqa, bu, orada bir müddət qalmağımız demək olar.”
Trump adadakı İran müdafiəsinin vəziyyəti barədə soruşulduqda isə deyib:
“Düşünmürəm ki, hər hansı müdafiələri olsun. Çox asanlıqla ala bilərik.”
İranla dolayı danışıqlar
Digər tərəfdən Trump diqqəti Pakistanlı “vasitəçilər” vasitəsilə aparılan dolayısı ilə danışıqların yaxşı getdiyinə çəkib.
“Təxminən 3 min hədəfimiz qalıb, 13 min hədəfi bombalamışıq və bir neçə min hədəf daha var. Bir razılaşma olduqca sürətlə əldə edilə bilər” deyən Trump, Hürmüz Boğazının yenidən açılmasına dair mümkün atəşkəs barədə ətraflı danışmaqdan çəkinib.
Donald Trump həmçinin deyib:
“İrana ‘hədiyyə olaraq’ Pakistan bayraqlı 10 tanker göndərmişdilər. İndi 20 tankeri verirlər və 20-si də yoldadır, Boğazın tam ortasından keçirlər.”
Trump, İran Milli Məclisinin sədri Muhammed Bakır Kalibafın da bu tankerleri təsdiqlədiyini iddia edib:
“Gəmiləri o təsdiqlədi. Mən ‘Bizə hədiyyə verirlər’ deyəndə hamı ‘Nə hədiyyəsi? Mənasız’ deyirdi. Bunu eşidəndə susdular və danışıqlar çox yaxşı gedir.”
Trump, İranda “rejim dəyişikliyi” olduğunu iddia edərək, hazırda əlaqədə olduqları şəxslərin “çox peşəkar” olduğunu söyləyib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

