Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bir sıra bölmələri üçün yeni məntəqələr tikiləcək.
Gundelik.az xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi tərəfindən Mingəçevir, Xaçmaz, Nabran, Niyazoba və Şimal dalğıc-axtarış qrupu üçün məntəqələrin tikintisi ilə bağlı satınalma həyata keçiriləcək.
Satınalmanın ümumi məbləği 800 003 manat təşkil edir.
Beləliklə, qeyd olunan ərazilərdə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti üçün yeni məntəqələr inşa olunacaq.

