Gundelik.az Xəbərlər İqtisadiyyat “Ferrari” rüblük xalis mənfəətini və gəlirini artırıb
Dünya İqtisadiyyat Xəbərlər

“Ferrari” rüblük xalis mənfəətini və gəlirini artırıb

İtaliyanın idman avtomobil istehsalçısı “Ferrari NV” 2025-ci ilin ikinci rübündə xalis mənfəət və gəlirdə cüzi artım olduğunu bildirib.

Gundelik.az şirkətə istinadən xəbər verir ki, aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 413 milyon avro ilə müqayisədə 425 milyon avro təşkil edib.

İkinci rübdə “Ferrari”nin gəliri 4% artaraq 1,787 milyard avroya çatıb.

Hesabat rübündə şirkət 3494 avtomobil satıb. Bu göstərici bir il əvvəl 3484 ədəd təşkil edirdi.

Avropa, Yaxın Şərq və Afrika regionunda şirkətin satışları 1% azalıb, Amerika qitəsində 1% artıb, Çin, Honq-Konq və Tayvanda bu rəqəm 1% azalıb, qalan Asiya-Sakit okean regionunda isə 2% artıb.

Cari il üçün “Ferrari” ən azı 7 milyard avro gəlir, ən azı 2,68 milyard avro düzəliş edilmiş EBITDA və ən azı 2,03 milyard avro (əvvəllər 1,77 milyard avro) düzəliş edilmiş EBIT əldə etməyi gözləyir.

Gundelik.az 

Exit mobile version