Gundelik.az Dünya Ermənistan Arpaçayın üzərində bənd tikəcək
Dünya Xəbərlər

Ermənistan Arpaçayın üzərində bənd tikəcək

Tavuş rayonunun Açarkut (Qərbi Azərbaycanda əvvəllər Qaraqoyunlu dərəsi adlanan ərazidəki kəndlərdən biri – red.) kəndindəki Qaraxan çayının üzərində bənd tikiləcək.

Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bununla bağlı Ermənistan hökumət bu gün, sentyabrın 18-də keçirilən iclasında qərar qəbul edib.

Əsasnamədə bildirilir ki, hələ 2024-cü il avqustun 2-3-də baş nazir Nikol Paşinyanın Tavuş vilayətinə səfəri zamanı Tavuş qubernatoruna İcevan icmasının başçısı ilə birgə Qaraxan çayında bəndin tikintisi üçün 300-400 kvadratmetr sahənin ayrılması imkanını müzakirə etmək təklif edilib.

Qeyd edək ki, Qaraxan çayı Qərbi Arpaçayın əhəmiyyətli qollarından biridir./unikal

Gundelik.az

Exit mobile version