NATO tarixinin ən mühüm sammitlərindən biri sayılan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi bu gün Ankarada işə başlayır. İki gün davam edəcək toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 32 üzv ölkənin dövlət və hökumət başçılarını qəbul edəcək.
Sammitdə Ukraynadakı vəziyyət, həmçinin alyansın cənub cinahında son dövrlərdə baş verən təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq. Tədbirdə NATO-ya üzv 32 ölkənin liderləri ilə yanaşı, 100-ə yaxın nazir, çoxsaylı yüksək səviyyəli diplomat və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
Prezident Ərdoğanın bu gün Ankaraya gələn bəzi liderlərlə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur. Günün proqramına əsasən, o, saat 11:00-da Mark Carney, saat 12:30-da isə Alexander Stubb ilə Prezident Sarayında ayrı-ayrılıqda görüşəcək.
Saat 15:00-da isə Donald Tramp rəsmi mərasimlə qarşılanacaq.
Günün sonunda Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan qonaq dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə Prezident Sarayında rəsmi ziyafət verəcəklər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

