Gundelik.az Dünya Ər-arvadın dəhşətli sonu: qatil ən yaxınlarından çıxdı – FOTO
Dünya Xəbərlər

Ər-arvadın dəhşətli sonu: qatil ən yaxınlarından çıxdı – FOTO

Bursa vilayətinin Gemlik rayonunda bir müddət xəbər alınmayan Vural Kara və həyat yoldaşı Asiye Kara evlərində ölü vəziyyətdə tapılıb. 60 yaşlarında olan ər-arvadın kəsici alət və küt cisimlə öldürüldüyü müəyyən edilib.

Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, hadisə Halitpaşa məhəlləsində baş verib.

Yaxınlarının 112 Təcili Çağrı Mərkəzinə müraciətindən sonra hadisə yerinə polis və tibbi yardım əməkdaşları göndərilib. Evə daxil olan ekipajlar cütlüyün cansız bədənləri ilə qarşılaşıb.

Hadisə yerində aparılan ilkin araşdırma zamanı Asiye və Vural Karanın kəsici alətlə yaralandığı, daha sonra başlarına küt cisimlə zərbələr endirildiyi müəyyənləşib.

Şübhəli qonşu saxlanılıb

Cinayətin ardından polis genişmiqyaslı araşdırmaya başlayıb. Cütlüyün yaxınlarının ifadələri əsasında onların bir müddət əvvəl şifahi mübahisə etdiyi, adı açıqlanmayan qonşunun əsas şübhəli olduğu müəyyən edilib.

Şübhəli polis əməkdaşları tərəfindən saxlanılaraq dindirilmək üçün bölməyə aparılıb.

Kara cütlüyünün meyitləri hadisə yerindəki araşdırmalar başa çatdıqdan sonra ətraflı ekspertiza və yarılma aparılması üçün Bursa Ədliyyə Tibb İnstitutunun morquna göndərilib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Nuri
Gundelik.az

Exit mobile version