Gundelik.az Dünya “Emirates” təyyarələrində bundan istifadə QADAĞAN EDİLDİ
Dünya Xəbərlər

“Emirates” təyyarələrində bundan istifadə QADAĞAN EDİLDİ

“Emirates” aviaşirkəti 1 oktyabr 2025-ci ildən etibarən bütün reyslərində “powerbank” istifadəsini qadağan edəcək.

Gundelik.az bu barədə şirkətə istinadən xəbər verir.

Qərara əsasən, sərnişinlər gücü 100 Vt/saatdan az olan yalnız bir ədəd “powerbank” daşıya biləcəklər. Lakin uçuş zamanı həmin cihazdan istifadə edərək telefon və digər qurğuları doldurmaq mümkün olmayacaq.

“Powerbank”lar baqajda daşına bilməz, onlar yalnız əl yükündə, oturacaq cibində və ya ön oturacağın altında saxlanmalıdır. Üst rəflərə qoymaq qadağandır.

Şirkət bu addımı litium batareyalarla bağlı həddindən artıq qızma, yanğın və partlayış risklərinin artması səbəbindən atıb. Məqsəd uçuşlarda təhlükəsizliyi maksimum səviyyədə təmin etməkdir.

Bundan əvvəl də litium batareyalar səbəbindən bəzi təyyarələr fövqəladə eniş etməyə məcbur qalmışdı.

Gundelik.az 

Exit mobile version