Gundelik.az Xəbərlər İqtisadiyyat Ələt Azad İqtisadi Zonasına düşən elektrik xətləri köçürüləcək, 10,5 milyon manat ayrıldı
İqtisadiyyat Xəbərlər

Ələt Azad İqtisadi Zonasına düşən elektrik xətləri köçürüləcək, 10,5 milyon manat ayrıldı

Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə düşən elektrik veriliş xətləri və qurğuları köçürüləcək.

Gundelik.az-ın məlumatına görə, görüləcək işlər çərçivəsində eyni zamanda perspektiv kabel kanalları quraşdırılacaq.

Belə ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

ASC sözügedən işlərin icrasını “Star-Plas” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 10,5 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Abbasov Zaur Aydın oğludur.

Exit mobile version