2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 13 milyard 233,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Gundelik.az–a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9975,6 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1292 manatlıq və ya 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə nominal ifadədə 175,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

