Animasiya incəsənətin bir növü olub kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. Animasiyanın yaranma tarixi Emil Reynonun adı ilə bağlıdır. İlk və əsl animator hesab olunan Emil Reyno ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz olan “praksinoskop” yaratdıqdan sonra 1892-ci ildə, özünəməxsus attraksiya olan “optik teatr” yaratmışdır. Bu tamaşaların birnicisi Yazıq Pyero (fr. Pauvre Pierrot) idi. Bu hadisə Parisli Lümyer qardaşların premyerasından əvvəl baş verdiyi üçün, fransızlar animasiya ilə kinofilmdən daha əvvəl tanış olmuşlar. Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, 1892-ci ilin 28 oktyabrında fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun 110 illik yubileyi münasibətilə təsis olunmuş Beynəlxalq Animasiya Günün (International Animation Day) 2002-ci ildən etibarən qeyd edilməsi qərara alınıb və bu gün dünyanın 50-dən çox ölkəsində fərqli tədbirlərlə keçirilir.Həmin gündə bu sahəyə həvəsi olan tələbələrin yeni filmləri nümayiş olunur.
Amerikada animasiya filmlərinin yaranması erkən animasiya ustaları olan Ceyms Stüart Blekton və Uindzor Makkeyin adları ilə bağlıdır. Meydana çıxdığı 1910-cu illərdə burada ilk cizgi personaj “Pişik Feliks” oldu. Onun debütü 1919-cu ildə ilk dəfə baş vermişdi. 1928-ci ildə Uolt Disney studiyasının Mikki və Minni Mausu göstərən Paroxod Uilli (ing. Steamboat Willie) qısa cizgi filmi, sinxronlaşmış səs ilə buraxılmış ilk cizgi filmlərindən biri oldu. Animasiya sənəti yaratmaq elə bir işdir ki, ona nəinki uşaqlar, böyüklər də həvəslə baxırlar. Baxmayaraq ki, Hollivud maraqlı animasiya məhsulu ilə bizi tez-tez sevindirir, lakin bu gün milli cizgi filmlərimizin yaddaşımızda öz yeri var. Azərbaycanda 1969-cu ildən etibarən təxmini 100-ə yaxın , cizgi və animasiya filmi istehsal edilib.
Yaponiyada isə ilk animasiya filmi “Katsudo Şaşin” adlı film olub. O, ölkəyə gələn digər ölkələrin – alman və başqa qərbi animasiyaların təsiri altında təxminən 1907- 1912 illərin arasında yaradılmışdı. Bu ölkələrin ayrı-ayrılıqda animasiyanın inkişafında öz töhfələri olsada bu mövzuda danışarkən göz önümüzə ilk öncə cizgi filmlərinin ilk yaradıcılarından olan Uolt Disneyin yaratdığı film qəhrəmanları gəlir.
Siçanları oynadaraq milyonçu olan adam kimi tanınan Uolt Disney 5 dekabr 1901- ci ildə Çikaqoda yoxsul bir ailədə dünyaya göz açmışdır. Uşaqlıq dövrünü ehtiyac içərisində keçirən Disney, yeniyetmə ikən hər gün səhər tezdən durub, qapı-qapı dolaşaraq qəzet paylayaraq pul qazanırmış. Fəqət bu işindən qazandığı pul çəkdiyi əziyyətin müqabilində çox-çox az idi. Daha ciddi bir iş axtarmaq niyyətiylə üz tutduğu hər bir qapı təhsilinin olmaması səbəbiylə hara gedirdi üzünə bağlanırdı. Düzdür, təhsil ala bilməsə də, onun kitablara çox böyük sevgisi var idi. Bu niyyətlə yenə Çikaqo küçələrində iş axtararkən yol kənarındakı bir kitab köşkünə yaxınlaşıb kitablara göz gəzdirərək: – Pulum olsaydı, bunların hamısını alıb, oxuyardım!, – deyə düşünsədə, yalnız birini almaqla kifayətlənməli olur. O, aldığı kitabın arxasında – Kanzas Siti Sənət İnstitutu sizi ödənişsiz kurslara dəvət edir! başlıqlı
yazılı bir elanla rastlaşır. Uolt bu elanın sayəsidə 1918-ci ildə Kanzas Siti Sənət İnstitutunun kurslarına qatılır və kursda gələcək məsləkdaşı olan Ub İverkslə dostlaşır. Kursu bitirdikdən sonra 2 dost özlərinə aid bir cizgi filmi şirkəti qururlar.
Lakin, hər şey gözlədikləri kimi alınmır və birgə qurduqları şirkəti bağlamaq məcburiyyətində qalırlar. Bir müddətdən sonra Uolt Disney, qardaşı Roy Disney və Ub İverks Hollivudda üçü bir araya gələrək gələrək güclərini birləşdirirlər. “Alis cizgi filmi diyarında” adlı cizgi filmini çəkirlər, amma uğur qazanmırlar.
Sonra ―Dovşan Osvald! adlı başqa bir cizgi filmi çəkirlər, yenə də uğurlu alınmır. Uğursuzluğun uğursuzluq ardınca gəldiyini görən Uolt Disney pərişan halda Çikaqoya dönür. Burada o, rəsm çəkib küçələrdə satmağı qərara alır. Və bu məqsədlə evinin arxasındakı anbarı emalatxana kimi istifadə etməyə başlayır. Və bu məqsədlə evinin arxasındakı anbarı emalatxana kimi istifadə etməyə başlayır.
Beləliklə, Uolt öz rəsmləri ilə yenidən Hollivuda – qardaşı Roy və dostu Ub İverksin yanına qayıdır. Üçü bir arada “Disney Company” şirkətini qurmağı qərara alırlar. İlk işləri əsas personajı Disneyin sevimli siçanı –Beynəlxalq Animasiya Filmləri Assosiasiyasıolan “Uillinin buxarlı qayığı” adlı cizgi filmini çəkmək olur. Bu filmə qədər çəkilən cizgi filmləri səssiz çəkilirdi, lakin Uolt Disneyin təkidi ilə bu cizgi filmində ilk dəfə olaraq səsin sinxronlaşdırma texnologiyasından istifadə edir. Disneyin arzusu gerçəkləşir, “Uillinin buxarlı qayığı” bütün seyr rekodlarını vurur. Sonrakı illərdə sərvətinin hamısını rəngli, səsli, altı saatlıq – dünyanın ilk uzun cizgi filminə yatırmağa qərar verir. Film tam üç ilə çəkilir. Filmin məsrəfi 1,5 mln dolları aşmağa başlayınca Disneyin şirkəti iflasın astanasına gəlir. Beləcə dünyanın ilk bahalı cizgi filmi – “Ağcaxanım və yeddi cırtdan” ərsəyə gəlir. Bu cizgi filmi Disneyə tam 8 mln dollar qazandırır. Mikki Maus, Donald Dakk, Dippi, Pinokio kimi personajları ilə milyonlarca insanın könlünü fəth edən Uolt Disneyi – dünənə qədər heç kəsin tanımadığı bu adamı bu gün hamı tanımaq istəyirdi. Reklamçılardan tutmuş, geyim-oyuncaq fabriklərinin sahiblərinədək hər kəs onun qəhrəmanlarının şəkillərindən istifadə etmək üçün izn istəyirdilər. Disney öz qəhrəmanlarını təkcə ekrandan deyil, daha yaxından tanıtmaq üçün Kaliforniyada ―Disney land”, Floridada “Disney World” kimi əyləncə parklarını açır. Bu hekayə yoxsulluq və iztirab içərisində uşaqlıq çağını yaşayan Uolt Disneyin hekayəsi idi. Uşaq ikən sevinməyə, şadlanmağa heç bir şeyi olmayan bu adam sonralar neçə-neçə uşağın çöhrəsinə gülüş bəxş etmişdi və bu əziyyətinin bəhrəsi olaraq 29 Oskar mükafatına layiq görülmüşdür. Yaratdığı “Walt Disney Pictures” şirkəti bu gün də bütün nəsillər üçün əsas film mənbəyi hesab edilməkdədir. Təşkil etdiyi məşhur “Disneyland” parkı isə dünyanın ən şirin bir möcüzəsidir. Sanki bir nağıllar diyarıdır. Əbəs yerə Disneylandı dünyanın ən xoşbəxt yeri saymırlar. Burada qonaqları Uolt Disneyin: – Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz!
Disneyland sizin ölkənizdir. Burada kamillik yenidən keçmişin ən əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və çağırışlarından həzz alır. Disneyland Amerikanı yaratmış ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki, bu dünya üçün sevinc və ilham mənbəyi olacaq” səsi salamlayır. Bu möcüzələr aləminə düşəndə hiss edirsən ki, əgər dünyada haradasa cizgi filmi planeti olsa, Disney orada böyük bir qitədir.
Nərgiz Məcidova
Metodist

Gundelik.az