Gundelik.az Dünya Dünyanın ən yaşlı qadını uzunömürlülüyün sirrini açıqladı
Dünya Xəbərlər

Dünyanın ən yaşlı qadını uzunömürlülüyün sirrini açıqladı

Dünyanın ən yaşlı qadını kimi tanınan 116 yaşlı britaniyalı Ezel Katerham uzunömürlülüyünün sirrini açıqlayıb

Gundelik.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

E. Katerhamın sözlərinə görə, o, bütün həyatı boyu münaqişələrdən qaçıb: “Mən heç vaxt heç kimlə mübahisə etmirəm, sadəcə dinləyirəm və istədiyim kimi edirəm”.

E. Katerham 21 avqust 1909-cu ildə İngiltərənin cənubundakı Şipton Bellinger kəndində anadan olub. 18 yaşında o  Britaniyanın koloniyası ilə Hindistana gedib. Daha sonra həyat yoldaşı ilə birlikdə Honq-Konq və Cəbəllütariqdə yaşayıb.

Ömür uzunluğu üzrə mütləq rekord 122 il 164 gün müddət ilə fransız qadın Cenni Kalmentə məxsusdur. Ancaq qızının uzun illərdir ki, özünü bu qadın kimi göstərdiyinə dair şübhələr var.

Planetdə indiyə qədər yaşamış, sənədləri yoxlanılan və təsdiqlənən ən yaşlı insan 119 il 107 gün yaşamış yapon Keyn Tanaka olaraq qalır.

Daha əvvəl bildirilmişdi ki, Ezel Katerham 2025-ci il mayın 1-də planetin ən yaşlı insanı kimi tanınıb. Bu, əvvəllər bu titulun sahibi olmuş 116 yaşlı braziliyalı rahibə İna Canabarro Lukasın ölümündən sonra baş verib.

Gundelik.az

Exit mobile version