Gundelik.az Xəbərlər İqtisadiyyat Dünyada milyaderlərin sayı artıb
Dünya İqtisadiyyat Xəbərlər

Dünyada milyaderlərin sayı artıb

Dünya üzrə dollar milyarderlərinin sayı bu ilin aprel ayında illik müqayisədə 287 nəfər artıb.

Gundelik.az xəbər verir ki, bu barədə İsveçrənin “UBS” bankı araşdırma aparıb.

Bu, dünyada 416 yeni milyarderin meydana çıxdığı 2021-ci il istisna olmaqla, tədqiqatın başlamasından bəri ən böyük artımdır.

Məlumata görə, 91 nəfər 298 milyard dollarlıq sərvətini miras qoyub. Bu, yeni rekorddur.

Ümumillikdə dünyada 2919 milyarder (2545 kişi və 374 qadın) var. Onların ümumi sərvəti il ​​ərzində 13% artaraq 15,8 trilyon dollara çatıb.

ABŞ-də dollar milyarderlərinin sərvəti 18% artaraq 6,9 trilyon dollara çatıb. Amerikalı milyarderlərin sayı isə 89 nəfər artaraq 924 nəfərə çatıb ki, bu da ümumi milyaderlərin 31,7%-ni təşkil edir.

Asiya-Sakit okean regionu milyarderlərin sərvətinə görə 4,2 trilyon dollarla dünyada ikinci, Avropa, Yaxın Şərq və Afrika isə 4,1 trilyon dollarla üçüncü yerdədir.

Exit mobile version