Gundelik.az Xəbərlər İqtisadiyyat Dünyada almazlar bahalaşıb
İqtisadiyyat Xəbərlər

Dünyada almazlar bahalaşıb

Son altı ayda dünyada almazların qiyməti 5–10% artıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə iri və dəbli brilyantlara tələbat artıb, aşağı qiymət seqmentində isə laboratoriyada yetişdirilən almazların yayılması səbəbindən qiymətlər azalmaqdadır.

Bildirilib ki, təbii almazların hasilatı azalır, bəzi yataqlar tükənmək üzrədir və bu da qiymət artımına səbəb olur.  Almazlar inflyasiyadan və valyuta risklərindən qoruyan sərmayə vasitəsi kimi dəyərləndirilir. Mütəxəssislərin fikrincə, iri daşlar daha çox gəlir gətirir və sintetik bazarın təsirinə az məruz qalır. Maliyyəçilər əlavə edirlər ki, almaz həm maliyyə, həm də emosional dəyərə malik aktivdir.

Gundelik.az

Exit mobile version