Dünya oxucularının böyük kütləsini öz əsərləri ətrafında toplamaq hər bir yazıçıya qismət olmur. Buna nail olmaq üçün hərtərəfli dünyagörüşünə, kifayət qədər savada nail olmaq əsas şərtlərdən biridir. Belə yazıçılardan biri Amerikanın görkəmli yazıçısı Səmuel Lənqhorn Klemens – Mark Tvendir. Ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının ədəbiyyatını O, olmadan təsəvvür etmək mümkün deyil. Mark Tven ABŞ ədəbiyyatının gələcək inkişafının strategiyasını müəyyənləşdirən bir sənətkardır.
Mark Tven dövrün ən məhşur realist yazarı olmaqla bərabər Amerika ədəbiyyatının əvəzedilməz yumoristi və satiristi idi. Onun əsərləri dünya oxucularının ən çox müraciət etdiyi əsərlər sırasına daxildir. Onun oynaq və qeyzli şəkildə qurulmuş kinayəli cümlələrini demək olar ki, bütün əsərlərində, mühazirələrində və esselərində görə bilərik. Görkəmli yazıçının kinayəli satirası istər ABŞ siyasi həyatını, istərsə də cəmiyyətin əxlaq qaydalarını insanların özünə güzgü kimi göstərirdi.Tven hər kəsi qara yumoru ilə tənqid edirdi: rüşvətxor dövlət işçilərini, irqçiləri,
müstəmləkəçi siyasətçiləri, xürafatçı dindarları, kilsə mövhumatını, dini və milli ehkamlardan törəyən əxlaq qaydalarını və bunların fonunda qadınların cəmiyyətdən sıxışdırılıb təcrid olunmalarını, fiziki və mənəvi güclərinin heçə sayılmasını. Bütün müasir Amerika ədəbiyyatı Mark Tvenin “ Haklberi Finin Macəraları” adlı bir kitabından başlayır. Yazıçının “Tom Soyerin macəraları” (1876), “Şahzadə və dilənçi” (1882), “Missisipidə keçən həyat” (1883), “Hekayələr toplusu”, “Heklberri Finnin sərgüzəştləri” (1884), “Qoruyucu mələyə məktub” (1887), “Fərsiz Vilson” (1894), “Janna Dark” (1896) əsərləri onu ən çox sevilən dünya şöhrətli bir yazıçıya çevirmişdir.
Tven ilk mühazirələrini 1866-cı ildən deməyə başlamışdı. Televizorun, radionun, telefonun olmadığı dövrdə yeganə əyləncə onun mühazirələrində iştirak edib, canlı dinləməkdən ibarət idi. Tvenin öz fikirlərini komedik tərzdə çatdırması dinləyiciləriilə canlı ünsiyyətə girişməsinə asanlıqla yol açırdı. Kitabları ilə bərabər mühazirələridə ona məhşurluq gətirirdi.
19 -cu əsrin sonu-20-ci əsrin əvvəllərində Amerika ədəbiyyatı realizm cərəyanınınqalxması ilə müşahidə olunurdu. Tədricən ABŞ-ın kapitalist cəmiyyətinin sosialziddiyyətlərə səbəb olduğunu, insanların yoxsulluq uçurumuna yuvarlandığını, sosial faciələri yazılarında əks etdirən müəlliflər meydana çıxmaqda idi. Dövrün ən məhşurrealist yazarları arasında Mark Tvenin özünəməxsus yeri vardı. Tven Amerika
ədəbiyyatının əvəzedilməz yumoristi və satiristi idi. O, inanırdı ki, heç nə gülüşünhücumlarına tab gətirə bilməz. Oynaq və qeyzli şəkildə qurulmuş kinayəli cümlələrinidemək olar ki, bütün əsərlərində, mühazirələrində və esselərində görə bilərik. Onlar kimi gəldi gülüdürə və düşündürə bilirdi, ancaq maraqlı burasıdır ki, Tvenin dilinin kəsəri mühazirələrində iştirak edən dinləyiciləri və ya oxucularını incitmirdi, əksinə, insanlar get-gedə onu daha da çox sevir və ehtiyac duyurdular.
Görkəmli yazıçının kinayəli satirası istər ABŞ siyasi həyatını, istərsə də cəmiyyətin əxlaq qaydalarını insanların özünə güzgü kimi göstərirdi.Tven hər kəsi qara yumoru ilə tənqid edirdi: rüşvətxor dövlət işçilərini, irqçiləri, müstəmləkəçi siyasətçiləri, xürafatçı dindarları, kilsə mövhumatını, dini və milli ehkamlardan törəyən əxlaq qaydalarını və bunların fonunda qadınların cəmiyyətdən sıxışdırılıb təcrid
olunmalarını, fiziki və mənəvi güclərinin heçə sayılmasını. Onun hədəfi gənclər idi, sanki “ yaşlılardan” əlini üzmüşdü. Mark Tveni tez-tez məktəblərdə, məzun günlərində, kolleclərdə və ya universitetlərdə şagird və tələbələrin əhatəsində görmək olurdu; gənclərin xüsusilə qız öyrəncilərin qarşısında nitq söyləmək onun adi missiyasına çevrilmişdi. Onun mühazirələrinin əsas məqsədi yaxşıya doğru dəyişikliklərin baş verəcəyini dinləyicilərinə ötürmək idi, bu məqsədlə üzünü həmişə gənclərə, özəlliklə gənc qızlara tuturdu, gələcəyin qızlardan – daha doğrusu, savadlı, güclü və mədəni qızlardan–asılı olduğunu düşünürdü. Bu səbəbdən özü ilə uşaqlar arasında çox asan yaranan ünsiyyət qurmuşdu, ona yaxınlaşmaq, onunla söhbət etmək, məktublar yazmaq hər bir kiçik yaşlı ABŞ vətəndaşı üçün münasib idi.
Yazıları, demək olar ki, bütünlüklə avtobioqrafik idi. Uşaqkən qarşılaşdığı hadisələr onda dərin izlər buraxırdı və bu hadisələr gələcəkdə uşaqların mənəvi dünyalarının realistik formalaşmasına xidmət edəcəkdi. Bir şeyi əldə etmək üçün onun yolunda çalışmaq lazım olduğunu, öz şəxsi istəklərinə görə kimlərdənsə,nələrdənsə sui-istifadə etməməyi vicdan məsələsi bilirdi. İstənilən uğura çatmaq üçün onun uğrunda çalışmaq lazım olduğunu, mənasız mövhumatdan uzaq durmağı məsləhət bilirdi.
“ Bütün müasir Amerika ədəbiyyatı Mark Tvenin “ Haklberi Finin Macəraları” adlı bir kitabından başlayır. Əgər onu oxuyursansa, zənci Cimin oğlanlardan oğurlandığı yerdə dayanmalısan. Bu əsl sonluqdur. Qalan hissəsi aldadıcıdır. Ancaq bu, bizim əlimizdəki ən yaxşı kitabdır. Bütün Amerika yazıçılığı oradan yaranır. Ondan əvvəl heç nə yox idi. O vaxtdan bəri də onun kimi yaxşısı, hələ ki, olmayıb. “ Ernest Heminquey ( 1934) Bu əsər haqda çox məhşurlardan sitatlar gətirmək olardı, ancaq Heminqueyin fikri onların hamısını birləşdirir. Niyə məhz “Haklberi Finin Macəraları”?
Əvvəlcə əsərin qəhrəmanlarından olan Haklberi Finin prototipindən danışaq. Tven əvvəllər etiraf etməsə də, sonralar avtobioqrafiyasında yazırdı ki, Haklberi Fin onun uşaqlıq dostu Tom Blenkenşipdir. Tven Tomu necə vardısa, elə də təsvir etmişdi, o yazırdı: “Tom nəcib adətləri olmayan, üstü-başı pinti gəzən və hər zaman aclıqdan əziyyət çəkirdi, ancaq o, qəsəbəmizdəki əsl azad insan idi, buna görə də həmişə xoşbəxt görkəmi vardı. Bizim hamımızın ona paxıllığı tuturdu.” Tomun böyük qardaşı nökərçilikdən qaçan qul zənciyə qaçıb canını qurtarmaqda kömək etmişdi.
Amerikanın Cənubunda hələ də quldarlığın hökm sürdüyü yerdə bu hərəkət ağ adam üçün ləyaqətsizlik hesab oluna bilərdi, zənci üçün isə onu tapan adama yaxşı pul mükafatı düşürdü, hansı ki, yoxsul Blenkenşiplər ailəsi üçün heç də pis olmazdı. Ancaq bunlara baxmayaraq, təmiz uşaq vicdanı pul mükafatını heçə sayaraq zənciyə qaçmağa şərait yaratmışdı. Görünür, bu hadisə Semin saf uşaq qəlbində özünə yer tapmış və gələcəkdə Mark Tven təxəllüsü ilə uşaqlığında yaşadığı və şahidi olduğu hadisələri qələmə almağa vəsilə olacaqdı.
Uşaqların dünyasına məxsus səmimi niyyətlərini olduğu kimi onların özlərinə çatdırmaq istəyən yazıçı Haklberinin dili ilə onlarda vicdan, düzgünlük, sözündə dürüstlük və yoldaşlıq kimi əxlaqi dəyərləri oyatmaq istəyir. Əsərin əsas mahiyyəti budur: insan insanı qul kimi görməməli, valideyinlər övladlarını tənbeh etmək və ya əza vermək məqsədilə mənəvi və fiziki əzməməlidirlər, insanların rənglərinin,
inanclarının və maddi durumlarının fərqli olması onlar arasında yoldaşlığın yaranmasına əngəl olmamalıdır. Burada həmçinin dini inancdan irəli gələn mövhumat, böyüklərin fırıldaqçı əməlləri də uşaqların dünyaya baxış pəncərəsindən ələ salınır, pislənir. Əsər 10- 12 yaşlı uşaqlar üçün əvəzedilməz əxlaqi dəyərə malikdir, uşaqların mənəvi dünyasına yaxşı mənada nüfuz edə bilir. Onu məhz bu səbəbdən dünya uşaq ədəbiyyatı incisi hesab edirlər.
Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-ın Missouri əyalətinin Florida bölgəsində dünyaya gəlmişdir. O yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, Mark dörd yaşında ikən Mississippi Çayı sahilindəki Hannibala şəhərinə köçməli olur. Mark Tven sonralar yaratdığı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənərək yazmışdı. O biznesmenlik və vəkillik edən atasını on bir yaşında ikən sətəlcəmdən itirincə təhsilini atıb, köməkci olaraq bir mətbəədə işə başladı. 1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerli qəzet redaksiyasında işləyir. On səkkiz yaşında dünyanı kəşf etmək arzusunda olan gənc Mark ABŞ-ın müxtəlif əyalətlərini gəzməyə başlamış, eyni zamanda müxtəlif mətbəələrdə işləmişdi.
Dörd il sonra Missouriyə qayıtmış və Mississippi çayındakı buxarlı gəmilərdə kapitanlıq etmək istəmişdi. Kapitanlıq imtahanlarına hazırlıq üçün səylə çalışırdı.
Çayın hər yerini öyrənməsi yazıçının iki ilini almışdır. Ona bu işdə Henri adındakı qardaşı yoldaşlıq edirdi. Qardaşını itirən Mark Tven 24 yaşında kapitanlıq səlahiyyətini öz üzərinə götürdü. Sonralar mədənçilik işi müvəffəqiyyətsizliklə nəticələnən yazıçı məqalələr yazaraq müxtəlif əyalətləri gəzməyə başladı. “Mark Tven” adıyla imzaladığı ilk məqaləsi “Carsondan Məktub” adlı məqaləsi idi. Yazıçı 18 noyabr 1865-ci ildə “New York Saturday Pres” adlı qəzetdə nümayiş olunan “Klaravasda Tullanan Qurbağa” adlı hekayə ilə ədəbiyyata ilk addımını atdı. Yazıçının kömür şaxtası düşərgəsində mədənçilərdən dinlədiyi, yerli bir əhvalata əsaslanaraq yazdığı bu hekayəsi, 1867-ci ildə nümayiş olunan ilk kitabında da yer aldı. İki il sonra yenə yerli bir qəzetin istəyi üzərinə Aralıq dənizində bir gəmi
səyahətinə çıxan yazıçı bu dövrdə qələmə aldığı yazılarını cəmləşdirib “Xarici Ölkə” adlı kitabında topladı. Beləliklə də o öz ölkəsində çox məşhur komediya yazıçısına çevrildi. Pul qazanmaq üçün müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin cəhdləri həmişə pul itkisiylə nəticələnirdi. 1885-ci ildə qurduğu nəşriyyat isə müflisləşməsinə gətirib çıxardı. “Heklberri Finnin Macəraları” romanını nəşr edən nəşriyyat isə bu kitabla əldə etdiyi müvəffəqiyyəti bir daha əsla tuta bilmədi. 1896-ci ildə 23 yaşındakı qızı Susyun, daha sonra həyat yoldaşının ölümündən böyük sarsıntı keçirən Mark Tvenin ruhi böhranları həyatı boyunca zaman-zaman təkrar baş qaldırırdı.
Mark Tvenin M.Servantesin “Don Kixot” və C.Sviftin “Qulliverin səyahəti”, D.Defonun “Robinzon Kruzo” romanları ilə tanış olması onun dünyagörüşündə əsaslı dönüş yaratmış və yazıçının bütün yaradıcılığında bu əsərlərə xas olan kəskin ictimai satira və incə yumor başlıca mövzu olmuşdur. Xüsusilə, Mark Tvenə C.Svift satira və D.Defonun macəra üslubları daha dogma görünürdü. Belə ki, bu görkəmli ingilis
mütəfəkkirləri dərin məzmunlu maarifçilik ideyalarını bir tərəfdən macəra formasında, digər tərəfdən də incə yumor üslubunda ifadə etmişdir.
Yazıçı ömrünün son illərində müstəmləkəçiliyi, irqi düşmənçiliyi, qazanc ehtirasını, dini ikiüzlülüyü sərt bir dillə tənqid edən yazılar yazmışdır. 1909-cu ildə 29 yaşındakı kiçik qızının ölümü həyatın Mark Tvenə vurduğu son zərbə oldu. Yazıçı1906-ci ildə yazmağa başladığı bioqrafiyasını tamamlamadan keçirdiyi ürək narahatlığı nəticəsində 21 aprel 1910-cu ildə həyatını itirdi. Mark Tven illərdir həyatla vidalaşmış olsa da, onun “Tom Soyerin macəraları” (1876), “Şahzadə və dilənçi” (1882), “Missisipidə keçən həyat” (1883), “Hekayələr toplusu”, “Heklberri Finnin sərgüzəştləri” (1884), “Qoruyucu mələyə məktub” (1887), “Fərsiz Vilson” adlı əsərləri hər bir dövr üçün aktualdır və hər zaman oxucuların sevimli kitabları sırasında yer alır. 1876-ci ildə “Tom Soyerin macəraları” povestini bitirən yazıçını bir sual narahat edirdi: Bu əsər kimin üçün, -böyüklər, yoxsa uşaqlar üçündür? Yazıçı bu suala özü belə cavab verir: “Bu əsər həm uşaqlar, həm də böyüklər üçündür”.
Yazıçının fikrincə, bütün yaşdan olan oxucular burada öz istədiklərini tapa bilərlər. M.Tven öz əsərlərini yazarkən, F.Rablenin “Qarqantua və Pantaqruel”, M.Servantesin “Don Kixot”, C.Sviftin “Qulliverin səyahəti” və D.Defonun“Robinzon Kruzo” romanlarının ümumi səciyyəsini, bədii üslubunu örnək kimi götürmüşdü. Belə ki, bütün bu əsərlər eyni zamanda həm yaşlı, həm də gənc oxucularntərəfindən maraqla qarşılanır.
Mark Tven dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun “TomnSoyerin macəraları” (1876), “Şahzadə və dilənçi” (1882), “Missisipidə keçən həyat” (1883), “Hekayələr toplusu”, “Heklberri Finin sərgüzəştləri” (1884), “Qoruyucu mələyə məktub” (1887), “Konnektikutdan olan Yanki kral Arturun sarayında” (1889), “Fərsiz Vilson” (1894), “Janna Dark” (1896) adlı əsərləri dünya ədəbiyyatı inciləri arasında özünəməxsus yer tutur. Yazıçının kiçik yaşlı uşaqların həyatından bəhs edən əsərləri bütün oxucuların, o cümlədən də, kiçik yaşlı oxucuların şəxsi kitabxanalarında sevimli kitabları arasında yer alır. Belə ki, bu əsərlər hər bir dövrün azyaşlılarının böyük rəğbətini qazanmış əsərlərdir. Xüsusən də “Tom Soyerin sərgüzəştləri”, “Şahzadə və dilənçi”, “Heklberri Finnin sərgüzəştləri” kiçik yaşlı oxucularda maraq yaradır və onların dünyagörüşünün artmasına kömək edir. İnsan nədir? kitabı Mark Tven tərəfindən yazılmışdır.
Qədim yunan filosofu Platonun əsərlərində olduğu kimi kitab dialoq əsasında qurulub. Kitabda bir qoca və gənc qarşılıqlı şəkildə oturub həyata dair önəmli anlayışları müzakirə edir, qoca yaşının gətirdiyi müdriklik ilə gəncin barışmaz düşüncələrinə və suallarına nümunələr çəkərək kəsərli cavablar verir, Sokrat kimi mövzular hissələrə bölünür və həll edilir. Əsəri oxuyarkən gəncin Mark Tvenin gənckən sahib olduğu düşüncələri, qocanın isə onun əsəri yazarkən sahib olduğu düşüncələri təmsil etdiyi aydın görünür. Yəni, əslində, müzakirə üçün göz-gözə oturmuş, öz arqumentlərini irəli sürən bu iki şəxs elə eyni insan – Mark Tvenin özüdür. İnsan – yaşamağa məhkum olduğu ab-havanın məcmusudur, yekunudur. İnsan onun və bunun cəmidir, uzun-uzadı və bezdirici şəkildə həyat sıfırına endirilmiş ehtiraslar və faniliklər dalanına gəlib çatmış çirkabla qarışmış kəsrlərdən ibarət misaldır.
Hər cür canlı hər cürölüdən daha yaxşıdır, lakin canlılar, yaxud ölülər arasında elə bir məxluq yoxdur ki, digər canlılardan və ya ölülərdən daha yaxşı olsun. İnsanlar olsa-olsa, saman qırıntısıdır, içi daha öncəki gəlinciklərin atılıb qaldığı zibil topalarından süpürülüb yığılmış taxta kəpəyi ilə doldurulmuş gəlinciklərdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi Metodika şöbəsinin müdiri
Məmmədli Ruhiyyə
Gundelik.az

