Gundelik.az Xəbərlər İqtisadiyyat Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsinin həcmi açıqlanıb
İqtisadiyyat Xəbərlər

Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsinin həcmi açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə indiyədək 54 350 ipoteka krediti verilib.

Bu barədə Gundelik.az İKZF-dən məlumat əldə edib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ isə 3,501 milyard manat təşkil edib.

Eyni zamanda zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.

Bundan başqa, kirayəçilərin istifadəsinə 6 978 yaşayış sahəsi verilib.

Gundelik.az

Exit mobile version