Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, siyasi prinsipiallığı, dövlətçilik mövqeyi və yüksək ziyalılığı ilə seçilən hörmətli millət vəkili Sadiq Qurbanovun doğum günüdür.
Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqe tutan Sadiq Qurbanov müstəqillik illərinin ən mürəkkəb dövrlərində dövlətçilik ideyalarına sadiqliyi, əqidəsindən dönməməsi və prinsipial mövqeyi ilə seçilən simalardan biri olub. O, hələ 1990-cı illərin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə inam nümayiş etdirərək bu ideyaların fəal müdafiəçilərindən biri kimi tanınıb. Çətin və mürəkkəb siyasi şəraitdə nümayiş etdirdiyi qətiyyət onun xarakterinin əsas cizgilərindən biri kimi yadda qalıb.
Sadiq Qurbanovun həyat yolu göstərir ki, dövlətə sədaqət, xalqa xidmət və prinsiplərə bağlılıq zamanın sınaqlarından keçən ən böyük dəyərlərdəndir. O, müxtəlif məsul vəzifələrdə çalışdığı dövrlərdə hər zaman peşəkarlığı, ədalətli idarəçilik prinsipləri və insanlara münasibəti ilə fərqlənib.
Hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimi fəaliyyət göstərən Sadiq Qurbanov ölkəmizdə ekoloji qanunvericiliyin təkmilləşdirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə, “yaşıl enerji” siyasətinin inkişafı və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərin reallaşdırılmasına öz töhfəsini verir. Onun rəhbərlik etdiyi komitənin fəaliyyəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri hesab olunur.
Millət vəkili kimi Sadiq Qurbanovun fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də seçiciləri ilə daim sıx təmasda olması, onların müraciətlərinə həssas yanaşması və problemlərinin həlli istiqamətində ardıcıl çalışmasıdır. Şəhid ailələri, qazilər, aztəminatlı ailələr və digər həssas sosial qrupların qayğılarının diqqətdə saxlanılması onun fəaliyyətində xüsusi yer tutur. Bu yanaşma cəmiyyətdə ona olan hörmət və etimadı daha da artırır.
Sadiq Qurbanovun keçdiyi həyat yolu gənc nəsil üçün dövlətə sədaqətin, əqidəyə bağlılığın və məsuliyyətli ictimai fəaliyyətin nümunəsidir. O, zəngin bilik və təcrübəsini hər zaman dövlətimizin inkişafına, qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsinə və xalqın rifahına xidmət istiqamətində səfərbər edib.
Gündəlik.az kollektivi olaraq Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, hörmətli millət vəkili Sadiq Qurbanovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və dövlətimizə, xalqımıza xidmət yolunda yeni-yeni uğurlar arzulayırıq.

