ABŞ prezidenti Donald Tramp İran müharibəsinin nə vaxt bitəcəyi ilə bağlı suala belə cavab verib:
“Düşünürəm ki, iki və ya üç həftə ərzində. Sonra oradan çıxacağıq.”
Tramp Ağ Ev-də keçirilən sərəncam imzalama mərasimindən sonra jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.
O iddia edib ki, İranda liderləri aradan qaldıraraq bir növ “rejim dəyişikliyi” həyata keçiriblər:
“İranda rejim dəyişikliyini artıq etmişik. Bir rejimi devirdik, sonra ikinci rejimi də devirdik. İndi tamam fərqli insanlar var. Məncə, onlar daha məntiqlidir, daha az radikaldırlar.”
Tramp “ABŞ İran müharibəsini nə vaxt bitirəcək?” sualına belə cavab verib:
“Düşünürəm ki, iki-üç həftəyə. Sonra oradan çəkiləcəyik.”
O həmçinin bildirib ki, ABŞ-ın Hürmüz Boğazı ilə birbaşa işi yoxdur və bu marşrutdan istifadə etmək istəyən ölkələr özləri tədbir görməlidirlər:
“Çox yaxında oradan (İrandan) ayrılacağıq. Fransa və ya başqa ölkə neft və ya qaz almaq istəyirsə, Hürmüz boğazından keçib öz işini özü görəcək. Bununla bizim əlaqəmiz yoxdur.”
Tramp əlavə edib ki, ABŞ-ın əsas məqsədi — İranın nüvə silahına sahib olmaması — artıq təmin olunub və Tehranın bir daha heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini iddia edib.
ABŞ–İsrailin İrana hücumları
İsrail və ABŞ, Tehran və Vaşinqton arasında danışıqlar davam edərkən 28 fevralda İran-a hərbi hücumlara başlayıb.
İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi:
Qətər
Birləşmiş Ərəb Əmirlikləri
Bəhreyn
Küveyt
kimi ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.
ABŞ–İsrail hücumları nəticəsində, keçmiş İran lideri Ali Hamaney də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həlak olub.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

