Gundelik.az Elm və təhsil Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib
Elm və təhsil Xəbərlər

Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib

Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.

Gundelik.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib:

– Ədalət mühakiməsi hüququ

– Hava hüququ və hava məkanının təhlükəsizliyi

– Mədəniyyət hüququ

Exit mobile version