Diqqət! Android smartfonuna virus daşıyıcısı olan “crack” proqramlar yükləyənlərdə “Birbank” tətbiqi bloklanır.
Gundelik.az xəbər verir ki, bu barədı İKT mütəxəssisi Fərid Pərdəşünas məlumat verib.
O bildirib ki, buna səbəb “WhatsApp+”, başqalarının bağlı profillərinə baxmaq üçün əlavələr və pullu xidmətləri pulsuz təqdim edən “apk” fayllardır. Mütəxəssisin söxlərinə görə, belə fayllar cihazlarda arxa planda cəsusluq edirlər:
“Bu proqramlar vasitəsilə cihaza yoluxdurulmuş zərərli fayllar bank tətbiqlərinin məlumatlarını götürür və nəticədə vəsait oğurlanır. Ona görə də smartfonuna bu kimi tətbiqləri yükləyənlərin Birbank hesabı, onların bank hesablarının qorunması məqsədi ilə bloklanır”.
“Vətəndaşlardan bir daha xahiş olunur ki, bu mövzuda məsuliyyətli davransınlar və Android ekosisteminə kənar tətbiqləri yükləməkdən çəkinsinlər. Bu onları birbaşa təhlükəyə atır. Xüsusilə də evdə uşaqların “crack” oyunlar yüklədiyi çox sayda cihaz var. Diqqətli olaq ki, hesablarımızda olan vəsaitləri qurban verməyək. Bu çox ciddi və yayğın məsələdir”, – deyə F. Pərdəşünas qeyd edib.
Gundelik.az

