Gundelik.az Xəbərlər Deputatlarımız Malayziyaya səfər edəcəklər
Xəbərlər

Deputatlarımız Malayziyaya səfər edəcəklər

Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov və üzvü Bəxtiyar Əliyev iyunun 21-də Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcəklər.
Malayziya parlamentinin Azərbaycanla dostluq qrupunun dəvəti əsasında baş tutacaq səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər iyunun 26-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az

Exit mobile version