Gundelik.az Siyasət Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək
Siyasət Xəbərlər

Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” proqramında iştirak etmək məqsədilə avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edəcək.

Bu barədə Gundelik.az-a Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sözügedən proqram Ulan-Bator şəhərində keçiriləcək BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində təşkil olunacaq. Tədbirdə torpaq resurslarının bərpası, mühafizəsi və davamlı idarə olunması, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər avqustun 29-da başa çatacaq. 

Exit mobile version