Gundelik.az Dünya “Delta Air “1 milyard dollarlıq səhmlərini geri alacaq
Dünya Xəbərlər

“Delta Air “1 milyard dollarlıq səhmlərini geri alacaq

ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines”in direktorlar şurası 1 milyard dollara qədər olan səhmlərin geri alınması proqramını təsdiqləyib.

Gundelik.az xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

Proqram 30 iyun 2028-ci il tarixindən gec olmayaraq tamamlanacaq.

Səhm üçün rüblük 15 sent dividentlə “Delta Air” növbəti üç il ərzində səhmdarlara 2 milyard dollardan çox pul qaytarmağı planlaşdırır.

“Delta Air”in bazar dəyəri son üç ayda 33,5% azalaraq 28,9 milyard dollara düşüb.

Gundelik.az 

Exit mobile version