Bütün sahələrdə olduğu kimi, tədris proseslərinin də təşkili və idarə olunmasında infrastrukturun olduqca zəruri önəmi var. İstər iqtisadi, istərsə də sosial mahiyyətinə görə infrastruktur anlayışı, latın dilində infra-“aşağı”, “alt” və latın dilində, structura-“tikinti”, “məkan” sözlərinin birləşməsindən ibarət olmaqdadır. Buna görə də, iqtisadi və sosialğ sistemlərin səmərəli fəaliyyəti məqsədilə bir-biri ilə əlaqəli olan göstəricilərin və= obyektlərin toplusu başa düşülür. Həmin qənaətimizi təhsildə və tədris prosesləri üçün də aid etmiş olsaq, onda qeyd etmək olar ki, hər iki sfera üzrə proseslərin gedişini, tənzimlənməsini, yönünü təşkil edən idarə və təşkilatlar, strukturlar və birliklərin vəhdət halında mexanizmini təşkil edən fəaliyyət məcmusu olaraq, infrastrukturun olduqca mühüm əhəmiyyətini qeyd etmək yerinə düşər. Bu prizmadan yola çıxdıqda aydın olur ki, təhsildə infrastruktur, tədris proseslərinin təşkilinə, onun elmlə vəhdət təşkil edən səmərəliliyinə, ixtisaslaşma sahəsindəki üstünlüklərinə təkan olan, yol göstərən, istehsalata səmərəli təsirinə görə seçilmiş olan nəticələrin əldə olunmasına və beləliklə də, ali təhsilin etibarlılığına təminat verən
təsisatlar olaraq qəbul oluna bilər. Burada, tədris proseslərinə birbaşa və dolayısı ilə təsir edən vasitələrin də önəmini və əhəmiyyətini xüsusilə qeyd etmək olar. Təbii olaraq, bütün bunların sistemliliyinə və artdıcıllığına təminat yaratmış olan maddi texniki təchizat sferaları olduqca yüksək əhəmiyyətinə və faydalılığına görə seçilməkdədir. Tədrisdə infrastruktur təsisatlarının yaradılması proseslərində:
– struktur bölmələr arasında əlaqələndirmənin təmin olunması;
– fakültələrlə kitabxanalar, tədqiqat bölmələri arasında vaxt itkisinə yol verməyən
mexanizmlərin yaradılması;
– tədris proseslərinin fasiləsiz və səmərəli keçirilməsinə təminat verəcək vasitələrin
təşkil olunması;
– elmi araşdırmaların sistemliliyinə imkan verəcək mexanizmlərin işləkliyinin təmin
olunması;
– istehsalat təcrübələrinin keçirilməsində tələbələrin əlçatanlıqlarının təmin olunması;
– dünya tədrisinə inteqrasiya proseslərinin sürətlənməsinə dəstək olacaq vasitələrin
çoxluğuna zəmin yaradılması;
– ölkədaxili və xarici tələbə və təcrübə mobilliyinin sürətlənməsinə şərait yaradacaq
mexanizmlərin təşkili;
– dünya çağırışlarına və tələblərinə xas olan ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətgöstəricilərinə hərəkətverici təsir edəcək təsisatların yaradılması da məhz tədirsdə infrastruktur təsisatlarının mövcud olmasına zəmin yaratmış olacaq göstəricilərdir.
Yuxarıda qeyd olunan məsələlərin özünə yer tapmasının mühüm nəticəsi olaraq, ali məktəbin balansında 800-dən çox kompüter mövcud olmaqdadır ki, onun da 700-dən artığı fakültələrdə quraşdırılmış və tələbələrin tədris proseslərinə cəlb olunmuşdur. Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər davamlıdır, perspektivliidir. Həmçinin, bəhs olunan istiqamətlərin səmərəliliyinə təsirinin təmin olunması məqsədilə, ali məktəbin tədris laboratoriyalarında internetə çıxışı olan komputerlərin sayı ümumilikdə 849 olmuşdur.
Eyni zamanda, ali məktəbdə kompüter laboratoriyalarının sayı 15 –dir. Universitetin fakültələrində tədris proseslərinin daha da səmərəliləşdirilməsində, mühazirə materiallarının tələbələr üçün daha da əlçatan olması, ədalətin və şəffaflığın təmin olunması məqsədilə, LMS (Learning Management System) platforması uğurla tətbiq olunur. Eyni zamanda, ali məktəbdə distant təhsilin təşkili, əyani tədrisalma formasının daha da təkmilləşdirilməsi məqsədilə LMS platforması tətbiq olunmaqdadır. LMS platformasının idarəetmə funksiyaları tədrisin təşkili və idarə olunması İT şöbəsinin mütəxəssislərini, bütün müəllim və tələbələri əhatə edir. Məlumatlar şöbəni mütəxəssisləri, fakültə tyutorları tərəfindən yenilənir. Platforma internet üzərindən istifadəyə açıqdır. İllər üzrə təhlil nəticələrinə diqqət etdikdə, aydın olur ki, pedaqoji işçilərin, müəllimlərin LMS platformasından istifadə olunma göstəricilərində ardıcıl dinamik artım mümkün olmuşdur. Belə ki, əgər 2020-ci ildə LMS-dən istifadə etmiş olan müəllimlərin sayı 469 olmuşdursa, bu göstərici, 2024-cü ildə 749 təşkil etmiş və ya 2 dəfəyə yaxın artmışdır. 2020-ci ildən etibarən uğurla tətbiq olunan LMS, 2021-ci ildə 677, 2022-ci ildə 728, 2023-cü ildə isə 748 müəllim olaraq qərarlaşmışdır. LMS platformasından istifadə olunması ilə, tələbələr, həmçinin müəllimlər müvafiq fənn üzrə mühazirə materiallarının, imtahan suallarının və digər tədris resurslarının qarşılıqlı müzakirələr şəraitində əlçatan olmasını təmin edə bilirlər.
Eyni zamanda, hazırda Universitet Elmi Kitabxanasının ümumi fondunda 180 minə qədər ədəbiyyatdan tədris proseslərinin gedişi, daha doğrusu, tələbələrin istifadə imkanları olduqca səmərəli təşkil olunmuşdur. Həmçinin, elmi kitabxanada, 3500-ə yaxın elektron resurslar və 1600-ə yaxın dərslik və dərs vəsaitinin olduğunu görməkdəyik. Onu da bildirmək olar ki, universitet kitabxanasında mövcud olan tədris resurslarından
istifadə olunmasında əcnəbi tələbələrin də mütaliə imkanları nəzərə alınmışdır. Belə ki, Elmi Kitabxananın ümumi fondunda Azərbaycan dilində 35310 nüsxə, rus dilində 4299 nüsxə, ingilis dilində 3821, türk dilində 5408 nüsxə dərs vəsaiti mövcud olmuşdur. Bu göstəricilər, təkcə 2023-cü ildə müvafiq olaraq, Azərbaycan dilində 1414, rus dilində 39,ingilis dilində 71, türk dilində isə 77 kitabın daxil olmasını ifadə etmək olar. Onu da qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetində proyektorlarla təchizolunmuş otaqların sayı 88, ağıllı lövhələr quraşdırılmış otaqların sayı 60-dır. Təbii olaraq,
bu təsisatların yaradılması, bütün tərəflərinə görə tədris proseslərinin keyfiyyət göstəricilərinin daha da yüksəldilməsinə zəmin yaranmış oldu. Eyni zamanda, mühazirəvə seminar məşğələlərinin qarşılıqlı müzakirələr şəraitində daha məhsuldar keçirilməsi sahəsində proyektorların və elektron löhvhələrin əhəmiyyətini bir daha ortaya qoymuş olur. Tədris proseslərinin səmərəlilik mexanizmlərinin artan dinamikada təşəkkül tapması,
keyfiyyət mərhələsinin bir-birini əvəz etməsi və bununla da, pedaqoji – tədris resursların əhatəsinin şaxələndirilməsi bütün tərəflərinə görə məhsuldar nəticələrin əldə olunmasına təminat yaratmışdır. Qeyd etmək olar ki, təkcə 2017-2023-cü illər ərzində universitetdə, 803 tədris vasitələrinin çap olunmasını qeyd etmək yerinə düşmüş olar. Ümumi tədris
vasitələrinin:
– 76-sı monoqrafiya;
– 43-ü dərslik;
– 170-i dərs vəsaiti;
– 514-ü isə proqramlar və metodik vəsaitlərdən ibarət olmuşdur. Bunlarla yanaşı,təhlillərə əsaslanmaqla, demək olar ki, Naxçıvan Dövlət Universitetinin istinad olunan illər üzrə elmi göstəricilərinə diqqət etdikdə aydın olur ki:
– İmpakt faktoru olan jurnallarda məqalələrin sayı 609;
– respublikada məqalələrin sayı 2462;
– Xaricdə konfrans və simpoziumlarda məqalə və tezislər 1303;
– Respublikada konfrans və simpoziumlarda məqalə və tezislər 1349;
– Scopus bazasında məqalə 42;
– Web Of Science bazasında məqalə 36;
– İxtiraçılıq və patent lisenziya fəaliyyəti 4 olmuşdur. Burada onu da bildirmək olar ki, sadalanan göstəricilər, 3185 akademik heyətlə əldə olunmuşdur. Akademik heyətə düşən məqalə sayı isə 2.06 olmuşdur.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az

