Azərbaycanın müxtəlif ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki evlər hissə-hissə təmir olunmaqdadır.
Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Bakı şəhəri və İmişli rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillər və fərdi yaşayış evləri təmir olunacaq.
Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bununla bağlı müvafiq işlərə başlayıb.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 297 205 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

